ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında

02.12.1994, 12:35
Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında
Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında

PDF Word

MÜTTƏHİMİN MÜDAFİƏ HÜQUQUNU TƏMİN EDƏN QANUNLARIN MƏHKƏMƏLƏR TƏRƏFİNDƏN TƏTBİQ EDİLMƏSİ TƏCRÜBƏSİ HAQQINDA
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1994-cü il 2 dekabr tarixli 6 saylı
 
QƏRARI
 
Müttəhimin müdafiə hüququnun təmin edilməsi ədalət mühakiməsinin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunan demokratik prinsiplərindən biridir.
 
Qanuna görə cinayət prosesinin bütün mərhələlərində şübhə edilən şəxsə, müttəhimə müdafiə hüquqlarının həyata keçirilməsi sahəsində geniş hüquqlar verilir. Bu hüquqların həyata keçirilməsi cinayət mühakimə icraatında nəzərdə tutulan normalara, o cümlədən məhkəmə baxışı iştirakçılarının hüquq bərabərliyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına dair qanunun göstərişlərinə riayət edilməsi ilə bağlıdır.
 
Azərbaycan Respublikasında hüquqi dövlətin yaradılması yolunda müəyyən addımlar atılmış, bununla əlaqədaro qanunvericilikdə mühüm dəyişikliklər edilmişdir. Bunlardan biri də müittəhimin müdafiə hüququnun təmin edilməsi sahəsindəki qnanunların təkmilləşdirilməsidir. Hazırda vətəndaşların şübhəli şəxs qismində saxlandığı və ya həbs edildiyi vaxtdan müdafiəçi ilə təmin edilmək hüququ var.
 
Məhkəmə təcrübəsi göstərir ki, müttəhimin müdafiə hüququnun təmin olunması barədəki konstitusiyası prinsipi məhkəmələr tərəfindən əsasən gözlənilir və bu da öz növbəsində ədalət mühakiməsinin keyfiyyətinə müsbət təsir göstərir.
 
Məhkəmələr qanunun göstərişlərini rəhbər tutaraq bu sahədə təhqiqat və ibtidai istintaq orqanlarına qarşı tələbkarlığı artırmışlar.
 
Bunlarla yanaşı məhkəmə təcrübəsində hələ də müttəhimlərin müdafiə hüququnun təmin edilməsi sahəsində cinayət-prosessual qanunların tələblərinə əməl edilməməsi, bu məsələləri nizama salan normaların müxtəlif mənada başa düşülməsi halları mövcuddur. Nəticədə bəzi hallarda müttəhimin müdafiə hüququ pozularsa, digər hallarda əksinə, qanunun bu barədəki göstərişlərinin birmənalı başa düşülməməsi, yaxud onların təhrif edilməsi üzündən müttəhimin müdafiə hüququnun pozulması adı ilə işlər əsassız olaraq əlavə ibtidai istintaq aparılması üçün qaytarılır, yaxud qəbul olunmuş məhkəmə qərarları ləğv edilir.
 
Təqsirsiz olmasını sübut etmək vəzifəsini müttəhimin üzərinə qoyulması hallarına təsadüf edilir. İşdəki aradan qaldırılması mümkün olmayan şübhələr heç də həmişə müttəhimin xeyrinə təfsir olunmur.
 
Bəzi məhk4əmələr yetkinlik yaşına çatmayanların, fiziki psixi qüsurları olan, yaxud icraatın aparıldığı dili bilməməsi üzündən özlərinin hüquqlarını müstəqil surətdə müdafiə edə bilməyən, həmçinin cəza tədbiri olaraq ölüm cəzası təyin edilə bilən cinayətlər törətməkdə ittiham olunan şəxslərin işlərində müdafiəçinin məcburi iştirakı barədə qanunun göstərişlərinin pozulması hallarına yol verirlər. Müttəhimlər müdafiəçidən imtina etdiyi hallarda məhkəmələr bu imtinanın səbəbini aydınlaşdırmırlar. Bir sıra hallarda nəzərə alınmır ki, belə şəxslərin müdafiəçidən imtina etmələri məhkəmə üçün məcburi qüvvəyə malik deyil.
 
Müttəhimin özünün seçdiyi müdafiəçinin xidmətindən istifadə etməyə hüququ olması, habelə müdafiəçinin işdə iştirakı qanuna əsasən məcburi olmasa da onun müdafiəçi ilə təmin olunması barədə vəsatəti olduqda, onun müdafiəçi ilə mütləq təmin edilməli olması barədə qanunun tələbi heç də həmişə yerinə yetirilmir.
 
Məhkəmə icraatının aparıldığı dili bilməyən müttəhimin, onun müdafiəçisinin hüquqlarının məhdudlaşdırılması hallarına yol verilir. Həmin şəxslər heç də həmişə tərcüməçi ilə təmin olunmurlar, ittihamnamə və ya hökm onlara bildikləri dili tərcümə olunmadan verilir.
 
Müttəhimin müdafiə hüququnun təmin edilməsi,habelə bu sahədə qanunların tətbiqi sahəsində məhkəmələrin işində yol verilən nöqsanları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
 
QƏRARA ALIR:
 
1. Məhkəmələrin diqqəti ona cəlb edilsin ki, müttəhimin müdafiə hüququnun təmin edilməsi konstitusiya prinsipidir, bu prinsip cinayət mühakimə icraatının bütün mərhələlərində həqiqətən müəyyən edilməsi, qanuni, əsaslı və ədalətli hökm çıxarılmasında mühüm rol oynayır. Məhkəmələr müttəhimin prosessual hüquqlarının həyata keçirilməsinə dönmədən riayət etməli, işin materiallarını hərtərəfli, tam və obyektiv tədqiq etməli, müttəhimi nəinki ifşa edən, həm də bəraətləndirən, yaxud onun vəziyyətini yüngülləşdirən və ya ağırlaşdıran bütün versiyaları araşdırmalı, sübutların təqdim və tədqiq edilməsi,vəsatətlər verilməsi sahəsində məhkəmə baxışı iştirakçılarının bərabərliyini təmin etməlidir.
 
Azərbaycan Respubliksı Konstitusiyasının 170-ci maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 18-ci maddəsinə əsasən məhkəmələr şübhə edilənin, müttəhimin, qanunla müəyyən edilmiş bütün vasitələr və üsullarla müdafiə olunmaq imkanlarını təmin etməlidirlər.
 
Məhkəmələr həmçinin təhqiqat və ibtidai istintaq aparılarkən müdafiəçinin iştirakı barədə cinayət-prosessual qanunvericiliyinin tələblərinə istintaq orqanlarının əməl etmələrinə diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr şübhə edilən şəxsin, müttəhimin tutulduğu və ya həbs edildiyi, yaxud ittiham elan edildiyi vaxtdan onlara müdafiə hüquqlarının izah edilib-edilmədiyini, bu hüquqların real olaraq həyata keçirilməsi üçün tədbirlər görülüb-görülmədiyini aydınlaşdırmalıdırlar.
 
2. Müttəhimin müdafiə hüququnu təmin etmək məqsədilə məhkəmələr belə bir konstitusiya prinsipini rəhbər tutmalıdırlar ki, təqsiri qanunda müəyyən edilən qaydada sübut olunmadan və haqqında qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan şəxs təqsirli hesab edilə bilməz.
 
Qanuna əsasən sübutetmə vəzifəsi ittihamçının üzərinə qoyulur. Müttəhimdən özünün təqsirsizliyini təsdiq edən sübutların tələb edilməsinə yol verilmir. Aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə təfsir olunmalıdır.
 
3. Şübhə edilən şəxs, müttəhim, məhkum və bəraət almış şəxs müdafiə hüququna malikdir. Bu hüquqlar cinayəti-prosessual qanunla müəyyən hədlərdə və qaydalarda həyata keçirilir.
 
4. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 361-ci maddəsinin məzmununa görə müttəhimin müdafiə hüququnun pozulması, müttəhimin, onun müdafiəçisinin qanunla qorunan hüquqlarını həyata keçirməsinə mane olmaq, yaxud bu hüquqları məhdudlaşdırmaq yolu ilə məhkəmənin isə obyektiv və hərtərəfli baxmasına, qanuni və əsaslı hökm çıxarmasına mane olduqda və ya mane ola bildikdə bu, cinayət-prosessual qanunun hökmün ləğv olunmasına səbəb olan əhəmiyyətli dərəcədə pozulması hesab olunur.
 
5. Şübhə edilən şəxsin tutulduğu və ya həbs edildiyi vaxtdan müdafiəçi ilə təmin edilməməsi cinayət-prosessual qanununun pozulması deməkdir. Lakin ibtidai istintaqın gedişində müttəhimin bu hüququ bərpa edilmişsə, yəni o, müdafiəçi ilə təmin edilmişsə təkcə bu hal işin əlavə ibtidai istintaq aparlması üçün qaytarılmasına əsas vermir.Belə hallarda məhkəmə xüsusi qərardad çıxarmaqla yol verilmiş qanun pozuntuluğuna öz münasibətini bildirməlidir. Bununla yanaşı məhkəmələr hər bir konkret halda şübhə edilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi ifadələrin sübut kimi qəbul edilib-edilməməsi məsələsini müzakirə etməlidir.
 
İtttiham elan edilən vaxtdan müttəhimin müdafiəçi ilə təmin edilməməsi isə cinayət-prosessual qanununun əhəmiyyətli dərəcədə pozulmasıdır və bu hal işin şərtsiz əlavə ibtidai istintaq aparılması üçün qaytarılmasına səbəb olur.
 
6. Məhkəmələrin diqqqəti buna cəlb edilsin ki, qanuna görə şübhə edilən şəxsin hansı cinayət etməkdə ondan şübhələndiklərini, müttəhimin konkret olaraq nədə ittiham olunduğunu, məhkumun isə hansı cinayəti törətmək üstündə təqsirli hesab edildiyini bilmək hüququ vardır. Ona görə də tutma protokolunda, müttəhim kimi cəlb etmə qərarında, ittihamnamədə və hökmdə Azərbaycan Respublikası CPM-nin 119, 123, 226, 334-cü maddələrində göstərilən hallar dəqiq göstərilməlidir.
 
Şəxs bir neçə cinayət törətməkdə ittiham olunduqda bu hallar hər bir ittihama aid edilməlidir.
 
7. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CPM-nin 61-ci maddəsinin mənasına görə, şübhə edilən şəxsin və ya müttəhimin iştirakı ilə keçirilən istintaq hərəkətlərində müdafiəçinin iştirak etmək hüququ var. Bu, ibtidai istintaqın qurtarması və iş materialları ilə tanış olarkən müdafiəçinin bu mövzuda verdiyi vəsatətlərin təmin edilməsi hallarına da aiddir. Belə vəsaatətlər təmin edildikdə, müdafiəçiyə həmin istintaq hərəkətlərinin aparılacağı vaxt barədə xəbər verilməlidir.
 
8. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 59-cu maldəsində göstərilmiş «fiziki və yaxud psixi qüsurları üzündən özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən şəxslər» dedikdə, anlaqlı hesab edilmələrinə baxmayaraq, ruhi fəaliyyəti daimi və ya müvəqqəti pozulmuş, əhəmiyyətli surətdə nitq, eşitmə və görmə qabiliyyətini itirmiş və sair ağır xəstəliklərə düçar olmuş şəxslər başa düşülməlidir.
 
9. Şübhə edilən şəxsin müdafiəçidən imtina etməsi bu barədə tərtib olunmuş sənəddə öz əksini tapmalıdır. Şübhəli şəxs qismində cəlb edilərkən şəxsin müdafiəçidən imtina etməsi, müttəhim qismində cəlb etmə, habelə təhqiqat və ibtidai istintaqın qurtarması vaxtı müttəhimi iş materialları ilə tanış edərkən müstəntiqi yenidən müttəhimin müdafiəçi ilə təmin olunması hüququnu izah etmək vəzifəsindən azad etmir.
 
10. Müttəhim öz seçdiyi müdafiəçini işdə iştirak etmək üçün dəvət etmək hüququna malikdir, bu şərtlə ki, həmin müdafiəçinin işin baxılmasını uzun müddət ləngitmədən işdə iştirak etmək imkanı olsun. Ləngitmənin müddəti baxılan işin xarakteri, müttəhim tərəfindən seçilmiş vəkilin prosesə daxil olma imkanı nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən edilir.
 
Müttəhimi onun seçdiyi vəkillə təmin etmək mümkün olmadıqda məhkəmə başqa müdafiəçinin işdə iştirakını təmin etməyə borcludur.
 
Azərbaycan Respublikası CPM-nin 58-ci madldəsinin altıncı hissəsi ilə nəzərdə tutulan «uzun müddət» dedikdə, müttəhimin seçdiyi müdafiəçinin bir qayda olaraq 7 sutkadan artıq təhqiqat, ibtidai istintaq orqanlarına, məhkəməyə gələ bilməməsi başa düşülür. Bu, CPM-nin 57-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan hallara aid deyildir.
 
11. Müttəhimin müdafiə hüququnu məhkəməyə vermə mərhələsində təmin etmək məqsədilə lazımi hallarda müttəhimlər həm məhkəməyə verdikləri, həm də təhqiqat və ibtidai istintaq aparılarkən təqdim etdikləri təmin olunmamış vəsatətləri üzrə izahatlar vermək üçün çağırıla bilərlər.
 
Məhkəməyə vermə məsələsini həll edərkən təhqiqat və ibtidai istintaq zamanı müttəhimin prosessual qanunvericilikdə nəzərdə tutulmuş müdafiə hüququnun təmin edilməsi məsələsinin yoxlanılması zəruridir.
 
Müstəntiq tərəfindən müttəhimin və ya onun müdafiəçinin iş üçün əhəmiyyətli halların araşdırılması üzrə vəsatətlərinin əsassız rədd edilməsi və nəticədə bu halların məhkəmədə araşdırılmasının mümkün olmadığı aşkar edildikdə məhkəmə işin əlavə ibtidai istintaq aparılması üçün qaytarılması məsələsini müzakirə etməlidir.
 
12. Məhkəmə (hakim) işin həcmini, mürəkkəbliyini və digər halları nəzərə alaraq işin baxılmasını qanun çərçivəsində elə müddətə təyin etməlidir ki, müttəhimin və onun müdafiəçinin iş materialları ilə tanış olub müdafiəyə hazırlaşmağa real imkanları olsun.
 
13. Məhkəmələr həm qanunla müdafiəçinin iştirakı məcburi olan işlər üzrə, həm də bu barədə müttəhim vəsatət verdiyi hallarda onu müdafiəçi ilə təmin etməklə Azərbaycan Respublikası CPM-nin 58-ci maddəsinin 2-ci hissəsinin tələblərini yerinə yetirməlidirlər. Bu qaydaya əməl edilməməsi cinayət-prosessuao qanunun əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir.
 
14. Məhkəmələrə izah edilsin ki, müdafiəçinin işdə real iştirakının mümkünlüyü şəraitində ondan imtina etmə yalnız şübhə edilən şəxsin və müttəhimin təşəbbüsü ilə ola bilər. Bununla yanaşı müdafiəçidən imtinanın məcburiyyət üzündən edilib-edilməməsi, məsələn,şübhə edilən şəxsin, müttəhimin maddi imkansızlığı üzündən, vəkilin məhkəməyə, ibtidai istintaq və ya təhqiqat orqanına gəlməkdən imtina etməsi səbəbindən onların müdafiəçidən imtina etmələri məsələsi də araşdırılmalıdır. İmtinanın məcburiyyət üzündən edilməsi müəyyən edildikdə müdafiəçinin işdə iştirak etməsi üçün tədbirlər görülməlidir.
 
Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CPM-nin 60-cı maddəsinin 2-ci hissəsinə əsasən psixi və ya fiziki qüsurlarına görə özünün müdafiəçini şəxsən həyata keçirməyə çətinlik çəkən müttəhimlərin, habelə məhkəmədə yetkinlik yaşına çatmayan müttəhimlərin, ibtidai istintaqda isə 14 yaşından 16 yaşına qədər olan müttəhimin müdafiəçidən imtina etməsinin qüvvəsi yoxdur.
 
Təhqiqat aparan şəxs, müstəntiq, prokuror və məhkəmə işin mürəkkəbliyinin və sair halların şübhə edilən şəxsin, yaxud müttəhimin müdafiə hüquqlarının onların özləri tərəfindən həyata keçirilməsində çətinlik yaradacağı nəticəsinə gələrsə, belə hallarda bu işlər üzrə də müdafiəçinin iştirakını zəruri hesab edə bilər.
 
15. Məhkəmə icraatının aparıldığı dili bilmədiklərinə görə müttəhimin və müdafiəçinin hüquqlarının hər hansı qaydada məhdudlaşdırılması, prosesin hər hansı mərhələsində onların bildikləri dili işlətmək hüququnun təmin edilməməsi cinayət-prosessual qanununun əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir.
 
Məhkəmə icraatının aparıldığı dili müdafiəçinin bilməməsi onun işdən kənarlaşdırılması üçün əsas ola bilməz. Belə hallarda Azərbaycan Respublikası CPM-nin 16-cı maddəsinə əsasən məhkəmə işdə tərcüməçinin iştirakını təmin etməyə borcludur.
 
16. Məhkəmələr nəzərə almalıdırlar ki, vəkil müdafiəçi altında olanın marağı ilə ziddiyyət təşkil edən şəxsə əvvəlləpr hüquqi yardım göstərmişsə, yacxud həmin işdə hakim, prokuror, müstəntiq, təhqiqat aparan şəxs, ekspert, mütəxəssis, tərcüməçi, şahid və ya hal şahidi kimi iştirak etmişsə, işdə iştirak etməkdən kənarlaşdırılmalıdır.
 
Mənafeyi arasında ziddiyyət olan iki və ya bir neçə şəxsin hüquqlarının bir vəkilin müdafiə etməsi halları (ittihamın müttəhimlərdən biri tərəfindən rədd, digəri tərəfindən etiraf edilməsi, bir müttəhimin digərini ifşa etməsi, aralarında verilən ittihamın xaraekterindən irəli gələn ziddiyyətlər olması,məsələn, yetkinlik yaşına çatmayan müttəhimlə onu cinayət fəaliyyətinə cəlb edən müttəhimin bir işdə keçməsi və s.) aşkara çıxdıqda məhkəmə hər bir müttəhimi ayrıca müdafiəçi ilə təmin etməyə borcludur.
 
17. Məhkəmə istintaqının gedişində müəyyən səbəblərdən, o cümlədən müttəhimin xahişi ilə müdafiəçi başqası ilə əvəz edildikdə, prosesə yeni cəlb edilmiş müdafiəçinin məhkəmə iclasının əvvəldən başlamağı tələb etmək hüququ yoxdur. Bu zaman ona iş materialları ilə və o vaxtadək keçirilmiş məhkəmə iclaslarının protokolu ilə tanış olmaq üçün şərait yaradılmalıdır.
 
18. Azərbaycan Respublikası CPM-nin 57-ci maddəsinə əsasən müdafiəçi qismində işə vəkillər, yəni vəkillər kollegiyasının üzvü olan şəxslər buraxılırlar. Xarici ölkə vətəndaşları olan vəkillər də işlərdə müdafiəçi kimi iştirak etmək hüququna malikdir. Hər bir şübhə edilən şəxsin, müttəhimin hüququnu bir və ya bir neçə müdafiəçi müdafiə edə bilər.
 
Həmin maddədə qeyd edilən «sair şəxslər» dedikdə hüquq kooperativlərinin, firmalarının,assosiasiyalarının üzvlərini başa düşmək lazımdır. Həm də bu təşkilatların üzvləri o vaxt işə müdafiəçi qismində buraxıla bilərlər ki, nizamnamələrində onlara vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ verilmiş olsun.
 
Həmkarlar ittifaqlarının və digər ictimai təşkilatların nümayəndələri yalnız bu təşkilatların üzvlərinin işləri üzrə müdafiəçi kimi buraxıla bilərlər.
 
Müdafiəçi təyinat üzrə çıxış etmək üçün dəvət edildiyi hallarda isə Azərbaycan Respublikası CPM-nin 58-ci maddəsinin 6-cı hissəsinə uyğun olaraq vəkil ayrılması üçün ancaq hüquq məsləhətxanasına, yaxud vəkillər kollegiyasına müraciət edilməlidir.
 
Vəkilin müdafiəçi vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ona məlum olan hallar barəsində şahid kimi dindirilməsinə nə ibtidai istintaq dövründə, nə də işin məhkəmə baxışı zamanı yol verilə bilməz.
 
19. Məhkəmə çıxışlarında iştirak edənlər ittihamın mahiyyəti üzrə dəlilləri şərh edərkən məhkəmə məhdudiyyətlər qoymağa haqlı deyildir.
 
Müdafiəçisi olmayan müttəhimə məhkəmə çıxışlarında iştirak etmə imkanı, habelə son söz verilməməsi cinayət-prosessual qanunun əhəmiyyətli dərəcədə pozulması hesab olunur.
 
20. Məhkəmə məhkuma, bəraət almış şəxsə, onların müdafiəçilərinə məhkəmə iclas protokolu ilə tanış olmaq imkanı yaratmağa borcludur.
 
Protokolun iri həcmdə olması və digər üzrlü səbəblərdən imzalandıqdan sonra onunla 3 sutka ərzində tanış olmaq mümkün olmadıqda məhkəmə və ya hakim bu müddəti uzada bilər.
 
Məhkəmə iclas protokoluna edilən qeydlər mühüm prosessual əhəmiyyət kəsb etdiyindən, onlara məhkəmə tərəfindən diqqətlə və obyektiv surətdə baxılmalıdır. Məhkəmə protokola edilən qeydlərlə tam və ya qismən razılaşmadıqda öz qərardadında bunu əsaslandırmalıdır.
 
21. Məhkəmələrin diqqəti ona cəlb edilsin ki, müttəhim, məhkum və bəraət alan şəxs məhkəmə icraatı aparılan dili bilmədikdə, qanuna əsasən ittihamnamə və hökmün surətləri onlara bildikləri dilə tərcümə edilməklə verilməlidir. Əgər göstərilən şəxslər savadsızdırlarsa, yaxud sənədlərin məzmununu başa düşməyə mane olan fiziki qüsurları varsa, onlara istintaq və məhkəmə sənədlərinin məzmunu ilə tanış olmaq üçün real imkan yaradılmalıdır.
 
Əgər həmin şəxslər göstərilən tələblərə əməl olunmaması nəticəsində hökmdən şikayət vermək imkanından məhrum olmuşlarsa, bu buraxılmış kassasiya müddətinin bərpa olunmasına əsas verir.
22. Birinci instasniya məhkəməsində iştirak etmiş müdafiəsi öz təşəbbüsü ilə hökmdən kassasiya şikayəti verə bilər.
 
Qanunun mənasına görə birinci instansiya məhkəməsində iştirak etməmiş müdafiəçinin verdiyi kassasiya (xüsusi) şikayəti işin kassasiya instansiyası məhkəməsinə göndərilməsinə o halda əsas ola bilər ki, müdafiəçi məhkumun özü və ya onun qanuni nümayəndəsi tərəfindən dəvət edilsin, yaxud onların tapşırığı və ya razılığı ilə hərəkət etdiyini təsdiqedici sənəd təqdim etsin.
 
Məhkumun qohumlarının şikayəti o vaxt kassasiya (xüsusi) şikayəti hesab edilir ki, onlar qanunvericiliyə müvafiq surətdə işə müdafiəçi kimi, yaxud məhkumun qanuni nümayəndəsi kimi buraxılmış olsunlar.
 
23. Hökmdən məhkumun,bəraət almış şəxsin maraqlarına toxunan şikayətlər və protestlər verildikdə birinci instansiya məhkəməsi bu barədə onlara xəbər verməli, hökm çıxarıldıqdan sonra proses iştirakçılarının təqdim etdiyi şikayətlər, protestlər və digər sənədlərlə onların tanış olmasına imkan yaratmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 347-ci maddəsinə əsasən məhkuma, bəraət almış şəxsə onların xahişi ilə protestin və ya zərərçəkmiş şəxsin şikayətinin surəti verilir.
 
Yuxarıdakı qaydalar pozulduqda keassasiya instansiyası məhkəməsi bu nöqsanların aradan qaldırılması üçün tədbir görməyə borcludur.
 
24. Azərbaycan Respublikası CPM-nin 348-ci maddəsinə görə, məhkəmələr kassasiya (xüsusi) şikayəti verən şəxslərə, o cümlədən məhkumlara, bəraət alanlara və onların müdafiəçilərinə kassasiya instansiyası məhkəməsində işə baxılma günü haqqında xəbər verməlidir. Bu qaydaya əməl edilməməsi, işin baxılmasının təxirə salınmasına səbəb olur.
 
Kassasiya məhkəməsində işə baxılma vaxtı barədə müdafiəçsinin xəbərdar edilməsi haqqında işdə miötəbər məlumatlar olduqda, eləcə də işin baxılmasının təxirə salınmasına səbəb olan əsaslar olmadıqda müdafiəçinin gəlməməsi işə kassasiya qaydasında baxılması üçün maneə yaratmır.
 
Məhkuma və onun müdafiəçisinə işə kassasiya instansiyası məhkəməsində baxılması vaxtı barədə xəbər verilməməsi nəticəsində onlar məhkəmə iclasında iştirak etmək imkanından məhrum olmuşlarsa,bu hal cinayət-prosessual qanununun əhəmiyyətli dərəcədə pozulması hesab olunmalıdır.
 
25. Kassasiya instansiyası məhkəməsində məhkumun iştirakı şikayət və protestin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edə bilər. Ona görə də məhkəmələr həbsdə olan məhkumların izahat vermək məqsədilə məhkəmə iclasına çağırılması barədəki vəsatətlərə diqqətilə yanaşmalıdırlar.
 
26. İşə nəzarət qaydasında baxan məhkəmələr zəruri hallarda məhkumu, bəraət almış şəxsi, onların müdafiəçilərini məhkəmə iclasına çağırmaq hüququndan istifadə edə bilərlər. Onların çağrılması həm məhkəmənin öz təşəbbüsü ilə, həm də prokurorun, məhkumun, bəraət almış şəxsin və onların müdafiəçilərinin vəsatəti ilə həyata keçirilə bilər.
 
27. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 388-ci malddəsiniə əsasən hökmün icrası ilə bağlı məsələlər həll edilərkən məhkumun, onun qohumlarının və ya digər maraqlı şəxslərin vəsatəti ilə müdafiəçi işdə iştirak etməyə buraxılır.