ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında

30.06.2008, 12:35
Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında
Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında

PDF Word

Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
 
 «30 iyun » 2008-ci il tarixli
 
Q Ə R A R I
№_______ Bakı şəhəri
 
Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsini müzakirə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkədəgəncləriniqtisadi , sosial, mədəni və s. hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra qanunlarqəbul edilmiş, milli qanunvericiliyin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması sahəsində xeyliişlər görülmüşdür. Eyni sözlər yetkinlik yaşına çatmayanlar tərəfindəntörədilən cinayət hadisələrininibtidai istintaqıvə məhkəmələrdə baxılması, onlar haqqındaqəbul edilmişqərarlarınicrasıilə bağlıməsələlərədə aiddir.
“Yetkinlik yaşına çatmayanlar haqqında ədalət mühakiməsinin aparılması ilə bağlıBirləşmişMillətlər Təşkilatının Minimal Standartqaydalarına” (“Pekin qaydalarına”) və “Uşaq hüquqları haqqında Konvensiyaya”qoşulanAzərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrindəhəmin Sənədlərinmüəyyən etdiyibir çox müddəalar öz əksinitapmışdır.
Respublikanınməhkəmələriyetkinlik yaşına çatmayanlartərəfindəntörədilmiş cinayət işlərinə baxarkən bu sahədə qanunvericiliklə müəyyən edilmiş normalara əsasən əməledirlər. Bununla yanaşı ümumiləşdirmə göstərir ki, bəzi məhkəmələr tərəfindən yetkinlik yaşınaçatmayanlar barəsində cinayət işlərinə baxılarkən maddi və prosessual qanun normalarının tələbləri pozulur, təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifində və cəza təyini məsələlərində səhvlərə yol verilir, cinayət törətmiş yeniyetmələrin həyat və tərbiyə şəraiti kifayət qədər araşdırılmır, onlar tərəfindən cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımi diqqət yetirilmir. Busahədə yol verilmiş, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə nadir hallarda xüsusi qərarlar çıxarılır, böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməli törətmişyetkinlik yaşına çatmayanlar barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanun normalarının təcrübədə tətbiqindən az istifadə olunur.
Yetkinlik yaşına çatmayanların cinayət işlərinə baxılması üzrə vahid məhkəmə təcrübəsinin yaradılması, bu sahədə yol verilmiş qanun pozuntularının gələcəkdətəkrarlanmaması, qanunların eyni cür və düzgün tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
 
Qərara alır:
 
1. Məhkəmələrin diqqəti yetkinlikyaşına çatmayanlar tərəfindən törədiləncinayət hadisələrihaqqındakıişlərə maddi və prosessualqanunvericiliyintələblərinə ciddi əməl etməklə vaxtındavə keyfiyyətlibaxılmasınınzəruriliyinə cəlb edilsin.
Məhkəmələr bu koteqoriyalı işlər üzrəədalət mühakiməsinin həyatakeçirilməsi zamanı yetkinlik yaşınaçatmayan şəxslərin qanuni hüquqlarının müdafiəsinə, onların barəsindəədalətli cəzaların təyinedilməsinə, onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, bu cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidirlər.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə, o cümlədən yetkinlik yaşına çatmayanşəxslərin işləri üzrə icraatı tənzimləyən normalara (Azərbaycan Respublikası CPM-nin 428-435-ci maddələri)ciddi surətdə əməl edilməsi məqsədilə bu kateqoriyalıişlərə daha təcrübəli, peşəkarlıq səviyyəsi yüksəkolan hakimlərin sədrliyi ilə baxılmalı, hər bir məhkəmə qərarının qanuni vəəsaslı olmasında onların şəxsi məsuliyyəti artırılmalıdır.
Tövsiyyə edilsin ki, iki və daha çox hakim olan birinci instansiya məhkəmələrindəbu kateqoriyadanolanişlərəbir qaydaolaraqməhkəmə sədrləri tərəfindən baxılsın.
2. Məhkəmələrə izah edilsinki, Azərbaycan Respublikası CPM-nin 429-cu maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsin yaşının dəqiq müəyyən olunması onun barəsindəki işlər üzrə icraat zamanı müəyyən edilməli məcburi hallardan biri hesab edilir.
Azərbaycan Respublikası CM-nin 84.1-ci və 428.2-ci maddələrinə əsasən cinayəttörədərkən on dörd yaşı tamam olmuş, lakinon səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşınaçatmayanlar hesab olunur. Şəxsin on səkkiz yaşa çatması onun doğulduğu gündən deyil, həmin günün qurtardığıvaxtdan , yəni sonrakı günün başlandığıandan götürülür.
Məhkəmə-tibb ekspertizasının rəyi ilə yetkinlik yaşına çatmayantəqsirləndirilən şəxsin yaşı müəyyən olunarkən onun doğum günü ekspertiza rəyində göstərilən ilin son günü hesab olunur. Belə şəxsin yaşı minimum və maksimum illər üzrəmüəyyən edildikdə isəekspertlərin təklif etdikləri minimum yaş əsas götürülür.
Şəxsin yetkinlik yaşına çatıb-çatmaması barədə işdə ziddiyyətli məlumatlarınolması CPM-nin 303.1 və 429.0.2-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının qərarıilə işin məhkəmə baxışına xitam verilməsivə onunibtidaiaraşdırmayaprosessualrəhbərliyihəyata keçirən prokuroraqaytarılmasıüçün əsasdır.
3. Yetkinlik yaşınaçatmayanların cinayət işlərinəbaxılarkənnəzərə almaq lazımdır ki, CPM-nin 92.4.2-cimaddəsinə əsasən bu növişlər üzrəmüdafiəçinin iştirakışəxsin ilk dəfə dindirildiyi , onatutulması haqqında cinayət prosesini həyata keçirənorqanınqərarının , tutma haqqında protokolunun və ya həbsqətimkan tədbirinin seçilməsi haqqında qərarın elan edildiyi andan, işə məhkəmədə baxılarkənisətəqsirləndirilənşəxsinartıqyetkinlikyaşınaçatmasından asılı olmayaraqməcburidir. Bu qaydaşəxsin bir cinayəti 18 yaşına çatana qədər , digər cinayəti isə 18yaşına çatdıqdan sonratörətməsi hallarına da aiddir,
Yetkinlik yaşına çatmayanlarınməhkəmədə müdafiəçi iləmütləq təmin edilməsidedikdəhəmin şəxsinməhkəmə baxışınınbütün mərhələlərində (birinci instansiya məhkəməsinin hazırlıqiclasıvə məhkəmə baxışı , apellyasiya instansiyası məhkəməsinin ilkin baxışı və məhkəmə iclası , kassasiya instansiyası məhkəməsinin iclası ) müdafiəçi ilə təmin edilməsini ehtiva edir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 432.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq aparılarkənmüdafiəçinin iştirakıməcburidir. Qanunun həmin tələbinin pozulmasıkobud qanun pozuntusuhesab edilir vəməhkəməninhazırlıq iclasının qərarı ilə Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən işin ibtidai araşdırmaya prosessual rəhbərliyihəyata keçirən prokurora qaytarılmasına səbəb olur. Birinci instansiya məhkəməsitərəfindənyetkinlik yaşına çatmayanların işləri üzrə müdafiəçinin iştirakının məcburiliyi barədəqanunvericiliyintələblərinə əməledilməməsi isə Cinayət-Prosessual Məcəlləsinin 391.8.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsitərəfindən hökmün ləğv edilməsiapellyasiya şikayətinə və ya apellyasiya protestinəbaxıəlmasına xitamverilməsi , cinayət işininbirinci instansiya məhkəməsində yenidən baxılmasından ötrüqaytarılması üçünəsasdır.
4. Yetkinlik yaşına çatmayanlar haqqında həbs qətimkan tədbiriseçilməsinə dairibtidai araşdırmaorqanının təqdimatlarınabaxılarkənməhkəmələrhər bir haldahəbs qətimkan tədbiriseçilməsinin zəruriliyi , şəxs haqqındadaha yüngülqətimkantədbri seçilməsininmümkünsüzlüyübarədətəqdimatdagətirilən dəlilləriətraflı yoxlamalıdır. Bu zamannəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 434-cü maddəsinə görə yetkinlik yaına çatmayan şübhəli şəxs barəsindəhəbsə alma qismində qətimkantədbirinintətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağırcinayətin törədilməsi istinad edildikdə müstəsna hal kimi yol verilir. Həm də həmin şəxslərhaqqındabu növqətimkan tədbiri mümkün qədər qısa müddət üçüntətbiq olunmalıdır.
İşin konkrethallarındanvə törədilmişcinayətin ağırlıq dərəcəsindənasılı olaraq , yetkinlik yaşınaçatmayanınşəxsiyyəti, onun həyat tərzi , tərbiyəsi,valideynləriilə münasibətinəzərə alınmaqlaməhkəmə hər bir haldaCinayət-Prosessual Məcəlləsinin 154.2.8 və 170-ci maddələrinə uyğun olaraqyetkinlikyaşına çatmayan şübhəlivə ya təqsirləndirilənşəxsi valideynlərinin , qəyyumlarının , himayəçilərinin , yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin nəzarəti altına verə bilər.
5.CPM-nin 435-ci maddəsinə əsaəsnyetkinlik yaşınaçatmayanşəxs barəsində cinayət işinin məhkəmə baxışında yetkinlikyaşınaçatmayanşəxsinvalideynlərivə ya digərqanuninümayəndələriiştiraketməkhüququna malikdirlər.Qanuni nümayəndələr dedidkəCinayət-Prosessual Məcəlləsinin 7.0.30-cumaddəsində sadalananşəxslər nəzərdə tutulur.
Yetkinlik yaşınaçatmayanınvalideynləriolmadıqdayaxudo, qəyyumvə ya himayəçitəyin edilməyənşəxsinyanındayaşadıqdaməhkəmə qəyyumluqvə himayəçilikorqanınınnümayəndəsini qanuni nümayəndəqismində işə cəlb edə bilər. Yetkinlik yaına çatmayanınmənafeyi tələb etdikdəməhkəmə özününəsaslandırılmışqərarı ilə valideynlərinvə ya digərqanuni nümayəndələrinməhkəmə iclasında iştirakınayol verməyə bilər.
Yetkinlikyaşına çatmayanların həyat tərzi , tərbiyəsi ilə əlaqədar ətraflı məlumatəldə etmək məqsədilətəhsil-tərbiyə müəssisələrinin və ya iş , yaxud yaşayışyeri üzrə ictimai təşkilatlarınnümayəndələrinində məhkləmədə iştirakınıtəmin etmək üçün tədbirlər görülməlidir.
Məhkəmələr nəzərə almalıdırlar ki, şübhəli , yaxud təqsirləndirilənşəxsin qanuni nümaynədəsicinayət prosesinəcəlb edildiyiandan Cinayət-Prosessual Məcəlləsinin 101.5-ci maddəsi ilə müəyyən edilənhüquqlar əldə edir.
6. On səkkiz yaşına çatanadəkcinayət törətmiş şəxsməhkəmədəişə baxılana qədər yetkinlikyaşınaçatdıqdaqanuni nümayəndəfunksiyasınaxitama verilir.
Məhkəmə qanuni nümayəndəninrazılığı ilə onu şahid qismində dindirmək qərarınagəldikdə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsininmahiyyətini ona izah etməlidir. Bu zamanqanuni nümayəndəbilə-bilə yalan ifadəverməyinməsuliyyəti barədəAzərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə xəbərdar edilməlidir.
7.Məhkəmələrə tövsiyə olunsun ki,yetkinlik yaşına çatmayan şəxs onun cinayət məsuliyyətinə cəlb olunmasına imkan verən yaşa çatdıqda, lakin öz hərəkətinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və yaxud da onları idarəetmək qabliyyətini məhdudlaşdıran psixipozuntu ilə əlaqədar olmayan psixi inkişafdan geri qaldıqda, o, cinayət məsuliyyətinə cəlb edilməyə bilər.
Yetkinlik yaşına çatmayan şübhəli və ya təqsirləndirilən şəxslər barəsində ictimai təhlükəli əməlin törədildiyi zaman xroniki psixi xəstəlik, ruhi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya psixi xəstəlik nəticəsində əqli çatışmazlıq haqqındaəsaslı məlumatlar olduqda Azərbaycan Respublikası CPM-nin 140.0.2-civə 331.7 maddələrinin tələblərinə əsasən yetkinlik yaşına çatmamış şəxsdə psixi inkişafdan geri qalmanınmövcud olub-olmaması məsələsinin həlli üçün məhkəmə kompleks psixoloci-psixiatrik ekspertiza təyin edir.
 8. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən 18 yaşına çatmış şəxslərin iştirakı ilə törədilmiş cinayətlər haqqındaişlərə baxılarkən cinayətin iştirakçısı olan yetkinlik yaşına çatan şəxslə yeniyetmə arasındakı qarşılıqlı münasibətlərin xarakterinin dəqiq araşdırılması zəruridir. Belə ki, yetkinlik yaşına çatmayan şəxsin cinayət törədilməsində və ya cəmiyyətə qarşı qanuna zidd digər hərəkətlərə cəlb edilməsindəyetkinlik yaşına çatmış şəxsinrolunun müəyyən olunması üçün qeyd olunangöstəricilərin mühüm əhəmiyyəti ola bilər.
 Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmamış şəxsləri cinayət fəaliyyətinə cəlb etməyəgörə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslərcinayət məsuliyyətinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığınıbilmədiyi halda, o, Azərbaycan RespublikasıCM-nin 170-ci maddəsi ilə cinayət məsuliyyətinəcəlb edilə bilməz.
Azərbaycan Respublikası CM-nin 170-ci və 171-ci maddələri ilə məsuliyyət nəzərdə tutan cinayətlər yetkinlik yaşına çatmayanlarıncinayət fəaliyyətinəvə digərhüquqa ziddhərəkətlərə cəlb edildiyiandan başa çatmışhesab olunur. Buzamanyetkinlikyaşına çatmayanlarıntəhrikedildiklərihüquqa ziddhərəkətləritörədib-törətməməsinin əhəmiyyəti yoxdur.
9. Nəzərə almaq lazımdır ki, yaşına görə (Azərbaycan Respublikası CM-nin 20-ci maddəsi) və ya anlaqsızlığa görə (CM-nin 21-ci maddəsi) cinayətin subyektləri hesab olunmayan şəxslərdən istifadə etməklə törədilən cinayət iştirakçılıq yaratmır. Bununla belə, yuxarıdagöstərilən əsaslara görə cinayət məsuliyyəti daşımayan yetkinlik yaşına çatmamış şəxs cinayət xarakterli əməl törətdikdə, onu cinayət fəaliyyətinə cəlb etmiş və ondan cinayətin vasitəsi kimi istifadə etmiş şəxs cinayətin icraçısı kimiməsuliyyət daşıyır.
 Yetkinlik yaşına çatmayan şəxsi cinayətə təhrik edənyetkinlik yaşına çatmış şəxsin hərəkətlərində törədilmiş cinayətin tərkib əlamətləri olduqda, o, Azərbaycan Respublikası CM-nin 170-ci maddəsi ilə yanaşı, həm də konkret cinayətin törədilməsinə təhrikə görə məsuliyyətə cəlb olunmalıdır.
10. Yetkinlik yaşına çatmayanlarıncinayət törətməsinə başqayaşlı şəxslərin , o cümlədənzərərçəkmişlərinhüquqa zidd , təhrikedici hərəkətlərininsəbəb olmasımüəyyən edldiyi hallardaməhkəmə həmin hallarıcəzanı yüngülləşdiricihallar kimiqəbul etməyəhaqlıdır.        Belə hallardaməhkəmələr nəzərə almalıdır ki,yetkinlik yaşına çatmayanın yaşlı şəxsdənasılılığı real olmalıdır. Yəni əsaslar olmalıdır ki, yetkinlikyaşınaçatmayan şəxs,yaşlı şəxsinonun iradəsini qırmasısəbəbindəncinayət törətməli olmuşdur.
11. Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyümüzakirə olunmalıdır.
Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.
Məhkəmə yalnız yetkinlik yaşınaçatmayan şəxsintörətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir.
12. Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63,66 və 67-ci maddələrininmüddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətəgörə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulanhəddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasındanəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduqda və belə hallarda 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.
Şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşına çatdıqdan sonra törədildikdə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, əvvəlcə CM-nin 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla 18 yaşına çatanadək törədilmiş cinayətə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəza təyin edilməli və CM-nin 66-cı maddəsinə uyğun olaraq təyin olunmuş cəzalar birləşdirilməlidir.
Cinayət qanunununeynimaddəsi ilətövsifolunan cinayətlərdən bir qismiyetkinlikyaşınaçatanadək , digər qismiisə yetkinlik yaşına çatdıqdansonratörədildikdəhəmin maddəilə cəza ümumi əsaslarla, yəni xüsusinormalara istinad edilmədən təyin olunmalıdır.
Yetkinlik yaşına çatmayanlar barəsindəAzərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər.
Nəzərə almaq lazımdır ki.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinəgörə cinayətinyetkinlik yaşınaçatmayan şəxstərəfindən törədilməsicəzanı yüngülləşdirən haldır.
13.Yetkinlik yaşına çatmayanşəxsəcəza təyinolunarkənnəzərə almaq lazımdır ki, CM-nin18.4-cümaddəsinə müvafiq olaraq18 yaşınadəktörədilmişcinayətlərə görə , o cümlədəngötürülməmişvə ya ödənilməmişməhkumluqlarcinayətlərin residivininmüəyyən olunmasızamanınəzərəalınmır. Bu , şəxsin yetkinlikyaşına çatmadığıvaxttörətdiyi cinayətə görəazadlıqdan məhrum etmə növündəcəza çəkməsihallarına da aiddir.
14. Məhkəmələryetkinlik yaşına çatmayanınCM-nin 72 və 73-cü maddələrində nəzərdə tutulanəsaslarlacinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünübütünhallarda nəzərdə saxlamalıdırlar. İlk dəfə böyük ictimaitəhlükətörətməyən cinayət törətmişyetkinlik yaşına çatmayan şəxsintəqsirinikönüllü boynuna alması, səmimi peşmançılığı,zərərçəkmişlə barışmasıbir qayda olaraqonun cinayət məsuliyyətindən azad edilməsiüçün əsas kimi götürülməlidir.
15. Yetkinlik yaşına çatmayanlaracəza təyin edərkənnəzərə almaq lazımdır ki,qanunvericilikdə(CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olanşəxslər üçünnəzərdə tutulancəmi 4 cəza növünün(cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətəazadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddətvə ya azaldılmışməbləğnəzərdə tutulmuşdur.Ona görə də yetkinlik yaşınaçatmayanlaraCM-nin 85-ci maddəsinə uyğun olaraqCM-nin Xüsusi Hissəsinin sanksiyasındagöstərilən cəzanın aşağıhəddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
16. Qanunvericilikdə(CM-nin85-ci maddəsi ) yetkinlikyaşınaçatmayanlara əlavə cəzatəyinolunmasını qadağan edənnorma olmadığınagörə nəzərə almaq lazımdır ki,yetkinlik yaşına çatmayan hər hansıfəailiyyətlə məşğul olmasıilə bağlıcinayət törətdikdəo,müəyyən müddətəhəmin fəailiyyətlə məşğul olma hüququndanməhrum edilə bilər.Bu zaman təyin olunan əlavə cəzanınmüddətidə CM-nin 85-cimaddəsi ilə müəyyənedilən prinsiplərəuyğun olaraq mümkün qədərqısa olmalıdır.
17. Yetkinlik yaşınaçatmayanməhkumtəyin olunmuşcərimə , ictimai işlər və islah işləri cəzalarını çəkməkdnənqərəzli surətdə boyunqaçırdıqdatəyin olunmuş cəzalarmüvafiq olaraqCM-nin 44.4, 47.3 və 49.3-cü maddələrində göstərilənbaşqa cəza növləriilə əvəz edilə bilər.Bu zamanəvəz edilmişcəzanınmüddətiyetkinlikyaşına çatmayanlar üçünqanundamüəyyən edilənhədlərdən kənara çıxmamalıdır.
18. İzah olunsun ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsin barəsindətərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesabedərsə həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər.
Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvixarakterli məcburi tədbirlər tətbiqetməkləonun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər.
19. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində eyni zamanda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər ( məsələn, xəbərdarlıq edilməsi və valideynlərin nəzarəti altına verilməsi, vurulmuş ziyanın ödətdirilməsi və asudə vaxtının məhdudlaşdırılması).
Yetkinlik yaşına çatmayan şəxslərı valideynlərin və ya onları əvəz edən şəxslərin nəzarəti altına verərkən məhkəmə əmin olmalıdır ki, göstərilən şəxslər yeniyetməyə müsbət təsir göstərə, onun törətdiyi əməli düzgün qiymətləndirə, davranışı üzərində gündəlik nəzarəti təmin edə biləcəklər. Bunun üçün müvafiq materialların tələb edilməsi, valideynlərin və ya onları əvəz edən şəxslərin həyat şəraitinin, yeniyetmənin maddi təminatı imkanınlarının və s. yoxlanılması zəruridir. Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərə nəzarət edilməsi üçün nəzarətlərinə verilmiş valildeynlərin və ya onları əvəz edən şəxslərin bu haqda razılıqlarının alınması tələb olunmasa da, belə razılıq alınmalıdır.
Cinayət işinə xitam verilməsi və yetkinlik yaşına çatmayan şəxsın barəsində tərbiyəvi xarakterli məc­buri tədbirlər qismində valideynlərin və ya onları əvəz edən şəxslərin (qohumların, qəyyumların) və yaxud ixtisaslaşdırılmış dövlət orqanının nəzarəti altına verilməsi və ya asudə vaxtının məhdudlaşdırılması, davranışı üzərindəbaşqa xüsusi nəzarət qoyulması barədə qərar qəbul edilərkən həmin qərarda tədbirin tətbiq edilməsi müddəti də gös­tərilməlidir.
20. Azərbaycan Respublikası CM-nin 89-cu maddəsinə əsasən, məhkəmə ittiham hökmü cıxarmaqla yetkinlik yaşına çatmayan şəxsı cəzadan azad etməyə və onun barəsində Azərbaycan Respublikası CM-nin 88.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməyə, yaxud da onu təhsil idarəsi orqanının qapalı tipli xüsusi tədris-tərbiyə müəssisəsinə göndərməyə haqlıdır.
Belə hallarda, nəzərə alınmalıdır ki, göstərilən xüsusi tədris-tər­biyə müəssisəsinə yalnız az ağır cinayətlərin törədilməsinə görə məhkum olunmuş yetkinlik yaşına çatmamış şəxslər göndərilirlər. Belə qərar məhkəmə tərəfindən cəzanın əvəz olunması qaydasında qəbul olunur və bu halda cəzanın təyin edilməsi tələb olunmur.
21. Cinayət Məcəlləsinin55 və 85-ci maddələrinə görəazadlıqdanməhrum etmə cəzasına məhkum edilən , hökm çıxarılanadək18 yaşı tamamolmayan şəxslər ümumi və ya möhkəmrecimli tərbiyə müəssisələrindəyerləşdirilirlər. Bu zamanyetkinlik yaşınaçatmayan qızlar , habelə ilk dəfə azadlıqdanməhrum etməyə məhkumolunmuşyetkinlik yaşına çatmayan oğlanlarcəzalarını ümumi recimli , əvvəllər azadlıqdan məhrum etmənövündəcəza çəkmişyetkinlik yaşınaçatmayanoğlanlar isə cəzalarınımöhkəm recimlitərbiyə müəssisələrindəçəkməlidirlər.
Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət(o cümlədən xüsusiləağır cinayət ) törətmiş şəxs hökm çıxarılanvaxt yetkinlik yaşınaçatarsavə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsəo , cəzasınıçəkmək üçünümumi recimli cəzaçəkmə müəssisəsinə , ehtiyatsızlıqdancinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdəisəməntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir.
22. On səkkizyaşına çatan və Cəzaların İcrası Məcəlləsinin 128.1-ci maddəsinə əsasən tərbiyə müəssisələrindəsalxanılanməhkum cəzanın icrası qaydalarını pozduqdaCəzalarınİcrasıMəcəlləsinin129-cumaddəsinəmüvafiqolaraqtərbiyə müəssisəsimüdiriyyətinin tədimatına əsasənməhkəmənin qərarı iləümumi recimlicəzaçəkmə müəssisəsinə keçirilə bilər.
On səkkiz yaşına çatmış və cəzanın icrası qaydalarını pozan məhkumun tərbiyə müəssisəsindən ümumi recimli cəzaçəkmə müəssisəsinəkeçirilməsininməqsədəmüvafiqliyiməsələsihəll edilərkənməhkəmələr tərbiyəmüəssisəsində cəza çəkilənmüddətdəməhkumundavranışıvə şəxsiyyətinin xarakterizəedən halları , o cümlədəntərbiyə müəssisəsində saxlanılan digər yetkinlikyaşınaçatmayanməhkumlara təsirini nəzərə almalıdırlar.
Məhkumun tərbiyə müəssisəsindən ümumi recimli cəzaçəkmə müəssisəsinə keçirilməsiCinayət-Prosessual Məcəlləsi-nin 514, 520-ci maddələrində nəzərdə tutulmuş qaydada cəzanın çəkildiyiyer üzrəbirinci instansiya məhkəməsitərəfindən həll edilir.
24. CM-nin 85.2-ci maddəsinə əsasən cərimə yalnız müstəqiləmək haqqıvə yabu cəzanınicrasınayönəldilə bilənəmlakı olan yetkinlik yaşınaçatmayan məhkumatəyin edilir.Həmin maddədəcərimənin müstəqil əmək haqqı olmayanyetkinlik yaşına çatmayanlarınvalideynlərindən , yaxuddigər qanuni nümayəndələrindəntutulması nəzərdə tutulmadığındanhökmdə cərimənin həminşəxslərdəntutulmalıolmasıbarədə göstərişverilə bilməz. Buna görə dəilk növbədəyetkinlik yaşınaçatmayanınəməli nəticəsindəvurulmuş ziyanınonun özü tərəfindənödənilməsi imkanlarımüzakirə edilməlidir. Yalnızcərimə cəzasının icrası zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsi ilə müəyyən olunannormalar tətbiq oluna bilər.
25. Məhkəmələr yetkinlik yaşına çatmayan şəxslərincinayətləri haqqındaişlərə baxılması təcrübəsini mütəmadi öyrənməli, ümumiləşdirməli , əsaslar olduqdayetkinlik yaşına çatmayanlartərəfindəntörədiləncinayətlərinprofilaktikası məqsədiləmüvafiqtəşkilatlara , yaxudvəzifəli şəxslərə təqdimatlar göndərməlidirlər.