ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ulu öndər Heydər Əliyevin xatirəsi Ali Məhkəmədə yad edilib

12.12.2022, 15:00

2022-ci il dekabrın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsində Ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunan tədbir  keçirilib.

Tədbirdən öncə Ali Məhkəmənin rəhbərliyi Fəxri xiyabanda Ulu öndərin əbədiyaşar xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ali Məhkəmənin sədri Ramiz Rzayev tədbirdə çıxış edərək tarixə böyük şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu və görkəmli siyasətçi kimi daxil olan Heydər Əliyevin həyat və mübarizə yolundan  danışıb, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu nəzərə çatdırıb.

Ali Məhkəmənin sədri bildirib ki, Heydər Əliyev Azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün möhtəşəm işlər həyata keçirib. Ulu öndərin hüquqi dövlət quruculuğundakı rolu barədə danışan Ali Məhkəmənin sədri 1995-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasını və ümumxalq referendumunda qəbul olunmasını, hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım olduğunu bildirib. Konstitusiyanın insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin yaratdığını qeyd edib. 

Ali Məhkəmənin sədri qeyd edib  ki, siyasi və dövlət xadimi Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılıb, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyub və onu inkişaf etdirib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağın erməni işğalçılarından azad edilməsi də məhz Heydər Əliyev strategiyası, arzuları, vəsiyyəti sayəsində qazanılan tarixi zəfərdir.  

Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin əməllərinin və amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.