ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə “Femida Dialoq Platforması” adlı layihəyə start verir

18.04.2023, 13:35
Ali Məhkəmə “Femida Dialoq Platforması” adlı layihəyə start verir
Ali Məhkəmə “Femida Dialoq Platforması” adlı layihəyə start verir

Azərbaycan Respublikasının Ali Məhkəməsi “Femida Dialoq Platforması” adlı yeni layihəyə başlayır. 

Layihənin məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdən ibarətdir.  

Geniş hüquq ictimaiyyəti ilə dialoqu nəzərdə tutan və silsilə xarakter daşıyacaq layihə çərçivəsində ilk görüşün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə keçirilməsi planlaşdırılır.