ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə sədri Ramiz Rzayev Türkiyə Respublikasının Yargıtay Başkanına başsağlığı verib

06.02.2023, 12:25
Ali Məhkəmə sədri Ramiz Rzayev Türkiyə Respublikasının Yargıtay Başkanına başsağlığı verib
Ali Məhkəmə sədri Ramiz Rzayev Türkiyə Respublikasının Yargıtay Başkanına başsağlığı verib

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Türkiyə Respublikası Yargıtay Başkanı Mehmet Akarcaya başsağlığı məktubu ünvanlayıb.

Məktubda Ali Məhkəmənin sədri qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və Türkiyənin bir çox yerində hiss edilmiş güclü zəlzələ barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib, faciə ilə əlaqədar Türkiyə Respublikası Yargıtay Başkanına, zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan Respublikası Ali Məhkəməsi adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.   

 

Ramiz Rzayev

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 6 fevral 2023-cü il