ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə gənc hüquqşünaslar üçün “Açıq qapı” günü keçirilib

24.09.2026, 16:43

21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Ali Məhkəmədə “Femida Könüllüləri Təşkilatı” İctimai Birliyinin üzvü olan gənc hüquqşünaslar üçün “Açıq qapı” günü keçirilib.

Hüquqşünaslar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, kitabxananı və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmə Aparatının Cinayət, inzibati və plenum işlərinin təşkili şöbəsinin İnzibati işlər üzrə sektor müdiri Röya Həkimzadə hüquqşünaslara Ali Məhkəmənin fəaliyyəti barədə məlumat verib. 

Görüş zamanı həmçinin sülh və insan hüquqlarının qarşılıqlı əlaqəsi, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, eləcə də sülh və insan hüquqları mədəniyyətinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edilib, hüquqşünasları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılar xatirə fotosu çəkdiriblər.