ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə və ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

06.02.2023, 16:26

2023-cü il fevralın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Ali Məhkəməsi və ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma  Memorandumunun imzalanma mərasimi keçirilib.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qeyd edib ki, ADA Universiteti Ali Məhkəmə ilə artıq xeyli müddətdir ki, əməkdaşlıq edir. ADA Universitetinin tələbələri həm Ali Məhkəmədə, həm də ölkənin digər məhkəmələrində təcrübə keçirlər. Mövcud əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması üçün bugün ADA Universiteti və Ali Məhkəmə arasında Əməkdaşlıq haqqında Anlaşma  Memorandumu imzalanmaq üçün bu mərasim təşkil olunub. Rektor vurğulayıb ki, Memorandum tələbələrin Ali Məhkəmədə təcrübə keçmək imkanları ilə yanaşı, onlara Ali Məhkəmənin nəzdində yaradılacaq hüquq klinikasında da iştirak etmək imkanları yaradacaq.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev öz növbəsində bildirib ki, ADA Universiteti çağdaş standartlara uyğun yüksək təhsil verən,  nəinki ölkəmizdə,  hətta ölkəmizdən kənarda belə yüksək nüfuza sahib təhsil ocaqlarından biridir. Bu möhtəşəm təhsil ocağının ərsəyə gəlməsi hörmətli rektor, professor Hafiz Paşayevin gərgin əməyinin sayəsində mümkün olmuşdur.

Ali Məhkəmənin sədri qeyd edib ki, bugün imzalan Memorandum tarixi bir vaxtda - Ali Məhkəmənin yaradılmasının 100 illik yubileyi ərəfəsində baş tutur. Bu il həmçinin xalqımız müasir Azərbaycanın qurucusu, Ulu  öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycan dövlətində hər bir sahənin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağlıdır. 

Ali Məhkəmənin sədri qeyd edib ki, Memorandumu imzalamaqda məqsəd mövcud əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə və inkişaf etdirilməsinə nail olmaqdır. Bunun üçün Memorandumda bir sıra mühüm lahiyələrin həyata keçirilməsi nəzərdə tutulub. Əsas istiqamətlərdən biri Ali Məhkəmənin ADA Universitetində hüquqşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına yardım etməkdir.  Əlbəttə, bunun üçün metodik materiallar, dərs vəsaitləri, monoqrafiyalar və digər elmi əsərlər hazırlanmalıdır. Bu işlərin görülməsində qarşılıqlı rəylərin, tövsiyələrin verilməsi xüsusi önəm daşıyır. 

Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və ADA Universitetinin rektoru, professor Hafiz Paşayev imzalamışlar.  

Sonda Ali Məhkəmənin sədri tərəfindən ADA Universitetinə hüquq sahəsinə aid kitablar və suvenir hədiyyə edilib.