ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə və Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

22.02.2023, 15:57

2023-cü il fevralın 22-də Ali Məhkəmədə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Dövlət Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma  Memorandumunun imzalanma mərasimi keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev qonaqları salamlayaraq, onları Ali Məhkəmədə görməkdən məmnun olduğunu bildirib. Ali Məhkəmənin sədri  qeyd edib ki,  bu il fevralın 13-də Ali Məhkəmənin fəaliyyətinin 100 illik yubileyi tamam oldu. Həmçinin, bu il mayın 10-da  xalqımız müasir Azərbaycanın qurucusu, Ulu  öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycan dövlətində hər bir sahənin inkişafı ilə yanaşı Ali Məhkəmənin inkişafı da Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. 

1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti tərəfindən təsis edilmiş Bakı Dövlət Universiteti ölkəmizin ən qocaman universitetidir. Ölkəmiz müstəqilliyini bərpa edənədək, universitet statusu daşıyan yeganə təhsil ocağı da məhz Bakı Dövlət Universiteti idi. İlk dəfə hüquq fakültəsi də məhz bu universitetdə yaradılıb və uzun illər hüquq fakültəsi yalnız bu universitetdə mövcud olub. Universitetin məzunları sırasında Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev də daxil olmaqla,  ölkəmizin görkəmli alim və dövlət xadimləri, məşhur hüquqşünasları olub.

Əvvəllər olduğu kimi, bu gün də Bakı Dövlət Universitetinin məzunlarının istər dövlət orqanlarında, istərsə də özəl sahələrdə aparıcı vəzifələrdə çalışdığını bildirən Ali Məhkəmənin sədri qeyd edib ki, Ali Məhkəmənin hakimləri və əməkdaşlarının əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdır.

Sədr vurğulayıb ki, Ali Məhkəmə Bakı Dövlət Universiteti  ilə uzun illərdir ki, əməkdaşlıq edir və hər il Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan xeyli sayda tələbə Ali Məhkəmədə, eləcə də ölkəmizin digər məhkəmələrində təcrübə proqramlarında iştirak edirlər.

Memorandumun imzalanmasında əsas məqsədin mövcud əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi olduğunu vurğulayan Ali Məhkəmənin sədri, gələcəkdə birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsinin nəzəri və təcrübi biliklərin daha da artırılmasına mühüm töhfə verəcəyini bildirib. 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ali Məhkəmədə ilk dəfə olduğunu, məhkəmənin binasının olduqca zövqlə inşa olunduğunu qeyd edib və tədbirin təşkilinə görə Ali Məhkəmə sədrinə təşəkkürlərini bildirib. Rektor Ali Məhkəmənin hakimlərini və əməkdaşlarını Ali Məhkəmənin 100 illik yubileyi münasibətilə təbrik edib və onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Anlaşma Memorandumunun Bakı Dövlət Universitetinin tələbələri  üçün Ali Məhkəmədə təcrübə keçmək imkanı yaratmaqla onların bilik və təcrübələrinin artırılmasına böyük töhvə verəcəyini vurğulayıb. Rektoru bildirib ki, Ali Məhkəmənin hüquq sahəsində çox böyük təcrübəsi var. Universitetin hüquq fakültəsinin professor müəllim heyəti və tələbələri bu təcrübədən yararlanmalıdırlar.

Azərbaycanda hüquq və digər sahələrdə nəzəri və təcrübi biliklərin artırılmasına yeni töhfə verəcək Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Bakı Dövlət  Universitetinin rektoru Elçin Babayev  imzalamışlar.  

Sonda Ali Məhkəmənin sədri tərəfindən Bakı Dövlət Universitetinə hüquq sahəsinə aid kitablar və suvenir hədiyyə edilib.