ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə açıq qapı günləri sona çatıb

10.02.2023, 01:20
Ali Məhkəmədə açıq qapı günləri sona çatıb
Ali Məhkəmədə açıq qapı günləri sona çatıb
Ali Məhkəmədə açıq qapı günləri sona çatıb
Ali Məhkəmədə açıq qapı günləri sona çatıb

2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

2023-cü il fevralın 10-da Ali Məhkəmə tədbirlər çərçivəsində növbəti dəfə vətəndaşlar üçün öz qapılarını açmışdır.

Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət etmişlər.

Ali Məhkəmə ilə tanışlıq çərçivəsində Mülki kollegiyanın hakimi Aqil Abbosov vətəndaşlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, məhkəmənin iş rejimi və sair barədə məlumatlar vermiş, vətəndaşların suallarını cavablandırmışlar.

Həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumat verilmişdir.

Sonda qonaqlar xoş təəssüratlarını bölüşmüş, tanışlıq səfərinin yüksək səviyyədə təşkili üçün Ali Məhkəmənin rəhbərliyinə təşəkkürlərini bildirmiş, xatirə fotoşəkli çəkdirmişlər.        

Bununla da Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə təşkil olunan açıq qapı günləri başa çatıb.

Gələcəkdə Ali Məhkəmədə açıq qapı günlərinin yenidən təşkil olunacağı planlaşdırılır.