ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib

25.11.2022, 18:00
Ali Məhkəmədə BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib
Ali Məhkəmədə BMT-nin nümayəndə heyəti ilə görüş keçirilib

2022-ci il noyabrın 24-də Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının sədri Hafiz Nəsibov ölkəmizdə səfərdə olan BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən olan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülmüş məqsədyönlü işlər barədə fikir mübadiləsi aparılmışdır.

Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı barədə məlumat verən kollegiya sədri, ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, elektron xidmətlərin göstərilməsi, hakimlərinin sayının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində həmin Fərmanla verilmiş tövsiyə və tapşırıqlar barədə danışmışdır.

Ölkəmizdə səfərdə olan BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin regional məsləhətçisi cənab Vladimir Kozin korrupsiyaya qarşı mübarizə ilə bağlı təlimlərin keçirilməsi və texniki dəstək verməyə hazır olduqlarını qeyd etmişdir.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə məhkəmələrin korrupsiyaya qarşı mübarizədə rolu və korrupsiya cinayətlərinə baxılması təcrübəsi, korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq və texniki yardımla bağlı faydalı müzakirələr aparılmışdır.