ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib

30.04.2023, 10:41

30 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin  (ELSA Azərbaycan) təşkilatçılığı ilə “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.

Tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı Kamal Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, “ELSA Azərbaycan”ın prezidenti Rəhim Abasov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər. 

Əvvəlcə finala vəsiqə qazanmış hər biri 2 şagird və 1 tələbədən ibarət 2 komandanın (7 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyinin komandaları) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib, onların ittihamçı və müdafiəçi kimi çıxışları dinlənilib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva məhkəmə müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. İdarə müdiri bu gün dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində belə müsabiqələrin rolundan, şagird-tələbə əməkdaşlığının uğurlu nəticələrindən danışıb, həmçinin hüquqşünaslıq ixtisasına marağı olan gənclərin gələcəkdə ölkəmizi beynəlxaq arenalarda uğurla təmsil edəcəklərinə inandığını söyləyib. M.Vəliyeva müsabiqə iştirakçılarının yanında olan elm və təhsil naziri Emin Əmrullayevə, yaratdığı imkana görə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimova,  həmçinin gələcəyin hüquqşünaslarına dəstək olan digər məhkəmə instansiyalarına təşəkkürünü bildirib.

Ali Məhkəmənin sədri İnam Kərimov çıxışında müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. Sədr diqqətə çatdırıb ki, artıq bir neçə ildir ki, Ali Məhkəmə "ELSA Azərbaycan" tərəfindən təşkil olunan Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinə təşkilati dəstək göstərir. ELSA-nın təkcə Avropada deyil, bütün dünyada hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bir araya gətirən nüfuzlu təşkilat olduğunu deyən İnam Kərimov bildirib ki, bu təşkilatın Azərbaycan bölməsinin yaradılmasında məqsəd hüquqi biliklərin təkmilləşdirilməsi, hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasıdır. Sədr qeyd edib ki, Ali Məhkəmə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və bu ixtisas üzrə təhsil almaq arzusunda olan şagirdlərin inkişafında, nəzəri biliklərlə yanaşı, təcrübi biliklərinin də artırılmasında maraqlıdır: “İnanıram ki, bu müsabiqədə iştirak edən şagirdlərimiz gələcəkdə peşəkar hüquqşünas olacaq və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlar. "ELSA Azərbaycan"ın belə güclü və nüfuzlu təşkilata çevrilməsi, şübhəsiz ki, dövlətimizin gənclərə göstərdiyi qayğının təzahürüdür”. 

Müsabiqəni yeniyetmə və gənclərin hüquqi maarifləndirilməsi işində müsbət addım kimi səciyyələndirən Ombudsman Səbinə Əliyeva yetişən nəslin hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsini demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən biri olduğunu söyləyib. 

Elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. Bildirib ki, bu gün hər kəs Ulu Öndərin misilsiz əməyi nəticəsində formalaşmış yeni hüquq sisteminin bəhrəsini görür və Ümummilli Liderin hüquqi-demokratik dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahididir. Nazir Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirən yeniyetmə və gənclərin gələcəkdə fəal vətəndaş kimi yetişəcəklərinə, yüksək təhsil, innovativ bacarıqları ilə hüquqi dövlət quruculuğu işinin genişləndirilməsinə öz layiqli töhfələrini verəcəklərinə inandığını söyləyib. Təhsil prosesinin fasiləsizliyini və davamlılığını önə çəkən nazir bildirib ki, belə müsabiqələr, həmçinin öyrənmə mühitinin bir hissəsi kimi əhəmiyyətlidir.

Sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək qalibləri təbrik edib və Ali Məhkəmənin rəhbərliyinə tələbələrə və şagirdlərə göstərdiyi dəstəyə görə təşəkkür edib. O qeyd edib ki, Vəkillər Kollegiyası ilə "ELSA Azərbaycan" arasında qurulmuş səmərəli əməkdaşlıq uğurla davam edir. Bu əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirilib. Anar Bağırov bildirib ki, Kollegiya gənc hüquqşünaslara hər zaman dəstək göstərir. 

Milli Məclisin deputatı Kamal Cəfərov da müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Qeyd edib ki, müsabiqə hüquq fakültəsi tələbələrinin, eyni zamanda gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynayır, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrədir.

Daha sonra müsabiqənin nəticələri açıqlanıb  və 287 nömrəli “Zəkalar” liseyinin komandası və mentor tələbə Aytac Əliyeva final mərhələsinin qalibi seçilib. 7 nömrəli tam orta məktəbin komandası II, 20 və 83 nömrəli məktəb-liseylərin komandaları isə III yerə layiq görülüb.   

Sonda qalib və fərqlənən komandalar diplom və hədiyyələrlə təltif olunub.