ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Zəfər Günü münasibətilə Ali Məhkəmədə gənc hüquqşünaslar üçün “Açıq qapı” günü keçirilib

06.11.2026, 17:17

8 Noyabr – Zəfər Günü münasibətilə “Femida Könüllüləri Təşkilatı” İctimai Birliyinin üzvü olan gənc hüquqşünaslar üçün Azərbaycan Respublikasının Ali Məhkəməsində “Açıq qapı” günü keçirilib.

Gənc hüquqşünaslar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, kitabxananı və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Teyyub Muxtarov hüquqşünaslara ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmə hakimiyyətinin fəaliyyəti, ədalət mühakiməsinin həyata keçirilməsi və hüquqşünas peşəsinin məsuliyyəti barədə məlumat verib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Teyyub Muxtarov, həmçinin Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın qazandığı Qələbənin mənəvi dəyərindən və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyindən bəhs edib.

Görüş zamanı hüquqşünasları maraqlandıran suallar cavablandırılıb, hüquq sahəsində peşəkar inkişaf və praktiki biliklərin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılar xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.