Ali Məhkəmənin 100 illik yubileyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb
17.02.2023, 14:082023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq ötən ilin noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
Tədbirlər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.
Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanmış buraxılış 10 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 10 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.
Göstərilən platformalarda paylaş: