Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
12.11.2022, 14:532023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
2022-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Ali Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirmişdir. Ali Məhkəmənin hakimləri və əməkdaşlarından ibarət 250-dən artıq insanın qatıldığı aksiyada Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak etmişdir.
Konstitusiya günündə Ali Məhkəmənin yaradılmasının 100 illiyinə həsr olunmuş aksiya zamanı mindən artıq şam və zeytun ağacları əkilmişdir. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılmış və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuşdur. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür.
Göstərilən platformalarda paylaş: