ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

15.02.2023, 17:10

2023-cü il fevralın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda 20 ölkədən Ali Məhkəmə sədrlərindən ibarət nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Ali Məhkəmənin sədri Ramiz Rzayev konfrans iştirakçılarını salamlayıb, ölkəmizə təşrif buyurduqları üçün qonaqlara və həmkarlarına minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini məktubunu oxuyub.

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq konfransın iştirakçılarına müraciətini parlament sədrinin birinci müavini Əli Hüseynli oxuyub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Lirinin konfrans iştirakçılarına videomüraciəti təqdim edilib.

Konfransda Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş film nümayiş olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev “Azərbaycan Respublikası Ali Məhkəməsinin keçdiyi tarixi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il mayın 10-da xalqımız müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycanda məhkəmə sisteminin inkişafı Ümummilli Liderin fəaliyyəti ilə sıx bağlıdır.

Ali Məhkəmənin yaradılmasının tarixi haqqında danışan Ramiz Rzayev qeyd etmişdir ki,  XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş vermiş, xalqımızın apardığı tərəqqi, demokratiya və azadlıq ideyaları uğrunda mübarizənin nəticəsi olaraq 1918-ci ilin 28 mayında şərq-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti yaradılmışdır.

Azərbaycan Xalq Cumhuriyyəti  1920-ci ilin mart ayında Ali Məhkəmənin yaradılması haqqında Əsasnamə layihəsi hazırlayaraq qəbul edilməsi üçün parlamentə təqdim etmişdi. Lakin bolşeviklərin hakimiyyəti ələ keçirməsi Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən Ali Məhkəmənin təsis olunmasına imkan vermədi.  3 il sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin yeni məhkəmə quruluşunun yaradılması ilə əlaqədar  1923-cü il 13 fevral tarixli  qərarla Azərbaycan tarixində ilk dəfə Ali Məhkəmə yaradılaraq fəaliyyətə başlamışdır.

70 illik sovet dönəmində məhkəmə quruluşu dəfələrlə dəyişilsə də, Azərbaycan SSR Ali Məhkəməsi Respublikanın Ali Məhkəmə orqanı kimi mövcud olmaqla, dövrün şərtləri çərçivəsində ölkəmizdə məhkəmə fəaliyyətinin və hüququn inkişafına öz töhvəsini vermişdir.

1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan “Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, SSRİ-nin tərkibindən ayrılmış və dövlət müstəqilliyini bərpa etmişdir. Azərbaycan dövləti müstəqilliyinin bərpasından sonrakı dövrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılıb.

 Ali Məhkəmənin sədri vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunub. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ali məhkəmə orqanı kimi təsbit olunması onun yüksək hüquqi statusundan irəli gəlir.

“Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanını isə biz ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması, bu sahədə yeni yol xəritəsi kimi qəbul edirik. İslahatların yeni mərhələsinin hədəfləri isə belə müəyyənləşdirilib - müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət etmə imkanları daha da genişləndirilməli, onların fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının səmərəliliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”, - deyə Ali Məhkəmənin sədri qeyd edib.

Vahid məhkəmə təcrübəsindən söz açan Ali Məhkəmənin sədri bildirib ki, məhkəmə praktikasının vahidliyinin və ardıcıllığının təmin edilməsinin hər bir ölkənin hüquq sistemi üçün böyük əhəmiyyəti vardır. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq olunmasının təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin müəyyənləşməsini təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir. Bununla, həm də son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur. Odur ki, nəinki hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Yəni, vətəndaşa hüquq tətbiq edənin hərəkətlərinin müəyyənləşəcəyinə dair əminlik verilməlidir.

Konfransda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Baş prokuror Kamran Əliyev, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva çıxış edərək Ali Məhkəmənin keçdiyi tarixi inkişaf yolundan, məhkəmə-hüquq sahəsində əldə olunan nailiyyətlərdən danışıblar.

Sonra konfrans “Vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolu” mövzusunda panel iclası ilə işini davam etdirib.

Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun moderatorluğu ilə keçən panel iclasında ölkəmizdə vahid məhkəmə təcrübəsinin formalaşması istiqamətində görülən tədbirlərdən danışılıb. Sədr müavini bildirib ki,  Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında verilmiş tövsiyədən sonra qanunvericiliyə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması məsələsini bilavasitə nizamlamağa yönələn yeni müddəalar daxil edilib. Bu müddəalar əsasında Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı konkret sahələr üzrə mühüm qərardadlar, həmçinin Ali Məhkəmənin Plenumu tərəfindən bir sıra vacib qərarlar qəbul edilib.

İclasda Belarus Respublikasının Ali Məhkəməsinin sədri Valentin Sukalo, Rumıniya Ali Məhkəməsinin sədri Korina Alina-Korbu, Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev, Çex Respublikasının Ali Məhkəməsinin sədri Petr Angialossi, Qırğız Respublikasının Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekov, Qətər Dövlətinin Ali Məhkəməsi sədrinin müavini Ahmed Ali Al-Binali, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov və başqaları çıxış edərək vahid məhkəmə təcrübəsi ilə bağlı qənaətlərini bölüşüblər.