Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş futbol turnirinə yekun vurulub
10.02.2023, 17:192023-cü il fevralın 10-da Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunmuş futbol turniri yekunlaşıb. Turnirdə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı və Sumqayıt Apellyasiya Məhkəmələri və bəzi şəhər və rayon məhkəmələrindən, ümumilikdə 16 komanda iştirak edib. 4 qrupda mübarizə aparan komandalarda ən çox xal toplayan iki komanda növbəti mərhələyə vəsiqə qazanıb.
3-cü yer uğrunda keçirilən oyunda Bakı şəhərinin Sabunçu və Yasamal rayon məhkəmələrinin komandaları üz-üzə gəliblər. Oyun 5-3 hesabı ilə Yasamal Rayon Məhkəməsinin xeyrinə yekunlaşıb.
Final görüşündə isə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin komandaları qarşılaşıblar. Gərgin keçən final oyununda Ali Məhkəmənin komandası 2-1 hesabı ilə qalib gəlib və turnirin qalibi adını qazanıb.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədr müavini cənab Çingiz Əsgərov tərəfindən sonda futbol turnirin mükafatçılarına medallar və kubok təqdim edilib.
Turnirdə ən çox qol vuran Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin əməkdaşı İsmayıl İmanov kubokla təltif edilib.
Göstərilən platformalarda paylaş: