Ali Məhkəmənin kollektivi Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olmuşlar
11.02.2023, 16:182023-cü ildə Azərbaycan Ali Məhkəməsinin fəaliyyətinin 100 ili tamam olur. Eyni zamanda Ali Məhkəmənin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda Azərbaycanda məhkəmə sisteminin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağldır.
Bu münasibətlə, fevralın 11-də Ali Məhkəmənin hakimləri və aparatının əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, onun əziz xatirəsini yad etmişlər. Həmçinin, Şəhidlər Xiyabanına gələrək Vətənin azadlığı, xalqın xoşbəxtliyi uğrunda canından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri düzmüşlər.
Digər
20.11.2024, 17:04
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
01.11.2024, 12:41
Ali Məhkəmənin hakimi Əziz Seyidov təqaüdə yola salınıb
28.10.2024, 10:17