Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev Avropa Hakimlər Assosiasiyasının toplantısında iştirak edib
05.06.2023, 13:552023-cü il 1-3 iyun tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Hakimlər Assosiyasiyasının növbəti illik toplantısı keçirilib.
Tədbirdə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Azərbaycan Məhkəmə Hakimlərinin Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov iştirak ediblər.
Tədbir çərçivəsində üzv dövlətlərdə hakimlərin müstəqilliyinin təminatı məsələləri müzakirə edilib. Eyni zamanda hakimlərin söz və fikir azadlıqlarının qorunması, media və məhkəmə hakimiyyəti arasında əlaqələrin standartlarının müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda Avropa Hakimlər Assosiasiyası tərəfindən müvafiq qətnamələr qəbul edilib.
Göstərilən platformalarda paylaş: