ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

"Podrat müqaviləsindən irəli gələn mübahisələr üzrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

10.08.2026, 15:05

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmələr tərəfindən podrat müqaviləsindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarı qəbul edilmişdir.

Qərarda  podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyən edilmiş, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələblərinə aydınlıq gətirilmiş, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binanın tərkib hissəsinə dair podrat müqaviləsinin xüsusiyyətləri, eləcə də podrat müqaviləsi üzrə mülki qanunvericiliyin tətbiqinin təcrübi problemləri təhlil edilmişdir.

Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrində baxılan kommersiya işlərini, habelə Bakı şəhəri üzrə rayon (şəhər) məhkəmələrini və Bakı Apellyasiya  Məhkəməsində baxılan mülki işləri əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara almışdır.

Plenum qərarına keçid