ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Özbəkistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ilə görüşmüşdür

20.05.2021, 11:00
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Özbəkistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ilə görüşmüşdür
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Özbəkistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ilə görüşmüşdür

2021-ci il mayın 20-də Ali Məhkəmədə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktları,  ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən islahatlar, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırılması, məhkəmə sistemində korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir.

Görüşdə  Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov korrupsiya faktları ilə bağlı məhkəmələrdə baxılan işlər barədə danışaraq  ölkəmizdə korrupsiya ilə mübarizənin ön plana çəkildiyini, bu sahədə kompleks tədbirlərin görüldüyünü  vurğulamışdır.

Özbəkistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasını,  respublikamızda aparılan məhkəmə-hüquq islahatlarını və eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək dəyərləndirmiş, bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Nümayəndə heyətinin başçısı Özbəkistanda həyata keçirilən islahatların, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin bu sahədəki fəaliyyətinin uğurla davam etdirildiyini bildirmişdir. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Özbəkistanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.