Ali Məhkəmənin sədri Qəbələ rayonunda vətəndaşları qəbul edib
14.10.2022, 14:56Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Qəbələ rayonunda Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Qəbələ şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, məhkəmələrin fəaliyyəti ilə bağlı qaldırılan məsələlərin bəzilərinin həlli ilə bağlı müvafiq tövsiyələr verilib, digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə tapşırıqlar verilib.
Bölgə sakinləri dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, ölkə Prezidentinin tövsiyələrinə əsasən məhkəmələrin fəaliyyəti ilə bağlı yerlərdə qəbulların təşkilindən məmnunluqlarını bildiriblər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Qəbələ Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Şəki Apellyasiya Məhkəməsinin, Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirmişdir.
Məhkəmə-hüquq sahəsində davamlı olaraq həyata keçirilən islahatların müsbət nəticələri müzakirə edilmiş, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti, xüsusilə də Ali Məhkəmənin kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarının mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilmişdir. Həmçinin məhkəmə aparatı əməkdaşları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, xüsusən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması, vətəndaşların qəbulu, qeyri-prosessual münasibətlərə şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələbləri daim rəhbər tutmaları diqqətə çatdırıb, xidməti vəzifələrinin layiqincə yerinə yetirmələri, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıq və tövsiyyələr verilib.
Göstərilən platformalarda paylaş: