ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Zaqatala rayonunda vətəndaşları qəbul edib

17.06.2022, 15:08
Ali Məhkəmənin sədri Zaqatala rayonunda  vətəndaşları qəbul edib
Ali Məhkəmənin sədri Zaqatala rayonunda  vətəndaşları qəbul edib

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Zaqatala rayonunda Zaqatala, Qax və Balakən, eləcə də digər rayonlardan olan  vətəndaşları qəbul edib.

Qəbuldan öncə Zaqatala rayonunda Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Daha sonra  Ali Məhkəmənin sədri Zaqatala rayonunda yerləşən müasir standartlarla inşa edilmiş Heydər Əliyev Mərkəzinə səfər edib və orada yaradılmış şəraitlə yaxından tanış olub.

Qəbul zamanı Ali Məhkəmənin sədri qəbula gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərin araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verib.

Bölgə sakinləri onların müraciətlərinə daim diqqət və həssaslıqla yanaşılmasına, bölgələrdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Zaqatala Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Şəki Apellyasiya Məhkəməsinin, Şəki Ağır Cinayətlər Məhkəməsinin, Şəki, Zaqatala, Balakən və Qax rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirmişdir.

Azərbaycanın qanunvericilik bazasının və məhkəmə-hüquq sahəsində son illərdə həyata keçirilən islahatların hüquqi dövlət quruculuğuna müsbət təsirindən danışmış,  Azərbaycan Respublikası  Ali Məhkəməsinin kollegiyalarının  məhkəmə təcrübəsinin  vahidliyini təmin edən qərardadlarının mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi istiqamətində gələcəkdə də görüləcək işlərin labüdlüyünü  bildirmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından və məhkəmə fəaliyyəti üçün mühüm yol xəritəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlər müzakirə olunub.

Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması ilə bağlı müvafiq  tövsiyələr vermişdir.