ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

23.02.2023, 14:30
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

PDF Word

 

Azərbaycan Respublikası adından

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q Ə R A R I

“  20  ” fevral 2023-cü il                           № 9                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli 2668 nömrəli Sərəncamı və  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli 604 nömrəli Fərmanına uyğun olaraq yeni mərhələyə keçən məhkəmə-hüquq islahatları çərçivəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” 2017-ci il 20 oktyabr tarixli və 2020-ci il 1 may tarixli, habelə “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” 2017-ci il 1 dekabr tarixli və 2020-ci il 25 iyun tarixli qanunlar qəbul edilmiş, bu qanunlarla müvafiq məcəllələrə edilmiş dəyişikliklər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarında da dəyişikliklərin edilməsini zəruri etmişdir.

Eyni zamanda cinayət-hüquqi və cinayət-prosessual normaların tətbiqi təcrübəsinin vahidliyini təmin etmək vəzifəsi Ali Məhkəmənin Plenum qərarlarının təkmilləşdirilməsi üzərində işin davamlı olaraq aparılmasını, Ali Məhkəmə qarşısında qaldırılan hüquqi problemlərin səmərəli şəkildə həll edilməsini tələb edir.

Qeyd olunanlara əsasən, məhkəmələrdə müvafiq cinayət işlərinə baxılması ilə əlaqədar cinayət-hüquqi və cinayət-prosessual normaların tətbiqində məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA   ALDI:

I. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 2 iyun tarixli 10 №-li qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bəndin birinci abzasında “yalnız” sözü “xeyli,” sözü ilə, “məbləğdə” sözü “məbləğlərdə” sözü ilə əvəz edilsin, “külli” sözündən sonra “və ya xüsusilə külli” sözləri əlavə edilsin.

1.2. 5-ci bəndin üçüncü abzasının birinci cümləsində “maddələrə” sözündən sonra “və ya onların prekursorlarına” sözləri əlavə edilsin.

1.3. 7-ci bənd üzrə:

1.3.1. ikinci abzasda “əsasən” sözündən sonra “xeyli,” sözü, “külli” sözündən sonra “və ya xüsusilə külli” sözləri əlavə edilsin;

1.3.2. dördüncü abzasda “məbləğdən” sözü “xeyli miqdardan” sözləri ilə əvəz edilsin.

1.4. 13-cü bəndin birinci abzasında “yivsiz” sözündən sonra “odlu” sözü, “maddələrin” sözündən sonra “və ya onların prekursorlarının” sözləri əlavə edilsin.

1.5. 19-cu bəndin üçüncü abzasında “206.1” rəqəmindən sonra “, 206.1-1, 206.1-2” rəqəmləri və “206.1,” rəqəmindən sonra “206.1-1, 206.1-2,” rəqəmləri əlavə edilsin.

1.6. 22-ci bənd üzrə:

1.6.1. birinci abzasda “1 may 1998-ci il tarixli 101 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük brokeri haqqında” Əsasnaməyə və” sözləri çıxarılsın;

1.6.2. ikinci abzasda ikinci halda “206.1,” rəqəmindən sonra “206.1-1, 206.1-2,” rəqəmləri əlavə edilsin.

1.7. 24-cü bənddə “və ya külli” sözləri “, külli və ya xüsusilə külli” sözləri ilə əvəz edilsin.

1.8. 25-ci bəndində “tutulmuş” sözündən sonra “xeyli,” sözü, “külli” sözündən sonra “və ya xüsusilə külli” sözləri əlavə edilsin.

1.9. 26-cı bənd üzrə:

1.9.1. üçüncü abzasda “132.0.1-ci” sözləri “132.1.1-ci” sözləri ilə əvəz edilsin;

1.9.2. dördüncü abzasda “maddələr” sözündən sonra “və ya onların prekursorları” sözləri əlavə edilsin, “132.0.1-ci” sözləri “132.1.4-cü” sözləri ilə əvəz edilsin;

1.9.3. beşinci abzasda “132.0.2-ci” sözləri “132.1.7-ci” sözləri ilə əvəz edilsin;

1.9.4. altıncı abzasda “132.0.3 və 132.0.4-cü maddələrinə” sözləri “132.1.5-ci maddəsinə” sözləri ilə əvəz edilsin.

II. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2012-ci il 8 noyabr tarixli 8 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü bəndin birinci abzasında “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilsin.

2.2. 5-ci bəndin ikinci abzasında “səhiyyə orqanlarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

2.3. 8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8. Müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün işin məhkəməyə göndərilməsi haqqında qərarının surəti zərər çəkmiş şəxsə, onun nümayəndəsinə və qanuni nümayəndəsinə, barəsində icraat aparılan şəxsə, onun qanuni nümayəndəsinə, müdafiəçisinə göndərilməli, həmçinin prokuror tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş həmin qərar “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu sistemə yerləşdirilməlidir.”.

2.4. 9-cu bəndin 4-cü abzasında “416.0.18-ci” sözləri “416.1.18-ci” sözləri ilə əvəz edilsin.

2.5. 14-cü bənddə “təsviri” sözü “təsviri-əsaslandırıcı” sözləri ilə, “nəticə” sözü “nəticəvi” sözü ilə əvəz edilsin.

2.6. 19-cu bəndin birinci abzasının ikinci cümləsində “edilərkən” sözündən sonra “CM-in 59.1.9-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal qismində” sözləri əlavə edilsin.

2.7. 21-ci bənd üzrə:

2.7.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Cinayət törətmiş, alkoqolizm və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.2 və 93-1-ci maddələrinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi (bundan sonra CİM) ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.

2.7.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən, ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicədə olan narkoloji xəstələrin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması barədə məsələlərə isə müalicəni həyata keçirən müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla tibb müəssisəsinin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraatda baxılır (CM-nin 93-1-ci maddəsi, CPM-nin 519.2-1.2, 519.2-1.3-cü maddələri, CİM-nin 17-1-ci maddəsi).”.

2.8. 24-cü bəndin birinci abzasının birinci cümləsində “görə” sözündən sonra “psixi pozuntusu ilə əlaqədar” sözləri əlavə edilsin.

2.9. 25-ci bəndin birinci abzasının birinci cümləsində “Tibbi” sözü “Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi” sözləri ilə əvəz edilsin.

2.10. 26-cı bəndin birinci abzasında “Məhkəmə” sözündən sonra “psixi pozuntusu olan şəxslərə təyin edilmiş” sözləri əlavə edilsin.

2.11. 27-ci bənddə “səhiyyə orqanına” sözləri “icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

2.12. 29-cu bənddə “şəxsin” sözündən sonra “qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş” sözləri əlavə edilsin.

 

         Azərbaycan Respublikası

         Ali Məhkəməsinin sədri                                                              Ramiz Rzayev