ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur

30.01.2023, 10:13
Azərbaycan Respublikası Ali Məhkəməsi  sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur
Azərbaycan Respublikası Ali Məhkəməsi  sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur

2023-ci il yanvarın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Hakimlər insan hüquqlarının müdafiəsi vasitəsilə demokratiyanı qoruyur” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir. 

Seminarda “Demokratiyanı qoruyan hakimlər”, “Fikir azadlığı və demokratiya”, “Sərbəst toplaşmaq və birləşmək azadlığı və demokratiya” və “Azad seçki hüququ və demokratiya”  mövzularında  məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. 

Seminarın sonunda Türkiyə Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki hakimi  xanım Səadət Yüksəlin müraciəti dinlənilib. 

Seminardan sonra həmin gün axşam saatlarında məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 

Mərasimdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Siofra O’Liri və İtaliya Konstitusiya Məhkəməsinin sədri xanım Silvana Sciara çıxış ediblər. 

Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.