Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində səfərdə olmuşdur
02.12.2022, 10:302022-ci il 29 noyabr – 1 dekabr tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Moskva şəhərində Hakimlərin X Ümumrusiya Qurultayı və Rusiya Federasiyasının Ali Məhkəməsinin yaranmasının 100 illiyi münasibəti ilə keçirilmiş tədbirdə iştirak etmişdir.
Kreml sarayında keçirilən tədbirin ilk günü Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış etmişdir. Xarici ölkələrin Ali Məhkəmə sədrlərinin iştirak etdikləri Hakimlərin X Ümumrusiya Qurultayında Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəməsi sədrinin, Hakimlər Şurası sədrinin, Hakimlərin Ali Kvalifikasiya kollegiyasının sədrinin, Hakim Vəzifəsinə Kvalifikasiya İmtahanı üzrə Ali İmtahan Komissiyası sədrinin çıxışları dinlənilmiş, müxtəlif mövzular ətrafında müzakirələr aparılmışdır.
Dekabr ayının 1-də Rusiya Federasiyasının Ali Məhkəməsinin yaranmasının 100 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.
Göstərilən platformalarda paylaş: