ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsində fəaliyyət göstərən könüllülərə sertifikatlar təqdim edilib

05.01.2023, 19:35

2022-ci il dekabrın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən tələbələrə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Ali Məhkəmədə könüllü kimi fəaliyyətə cəlb edilənlər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin və Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan tələbələrdir.

Könüllülər Ali Məhkəmə Aparatının Məhkəmə işlərinin idarə edilməsi şöbəsində və digər struktur bölmələrində təcrübə keçmiş, məhkəmədə işlərə baxılması prosesi ilə yaxından tanış olmuşlar.

Sonda Ali Məhkəmənin Aparat rəhbəri Elvin Hətəmzadə könüllülərə sertifikatlar təqdim edib, onlara həyatda və gələcək işlərində uğurlar arzulayıb.

Könüllülər onlara yaradılan təcrübə imkanlarına görə Ali Məhkəmənin rəhbərliyinə təşəkkür ediblər.

Ölkəmizin ali təhsil müəssələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün Ali Məhkəmədə könüllü proqramı daimi təşkil edilir.