Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib
24.01.2020, 15:21Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 24-də Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Oğuz Rayon Məhkəməsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Göstərilən platformalarda paylaş: