ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mətbuat Xidmətinin MƏLUMATI

19.03.2020, 16:05
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mətbuat Xidmətinin MƏLUMATI
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mətbuat Xidmətinin MƏLUMATI

    2020-ci il 19 mart tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclası keçirilmişdir. İclasda “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərar qəbul edilmişdir.

    Qərarda Azərbaycan Respublikasının bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə edilmişdir. Məhkəmələrə həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunmuşdur. Qərar 20 mart 2020-ci il tarixindən 20 aprel 2020-ci il tarixinədək qüvvədə olacaqdır.

   Plenumda həmçinin konkret işlərə baxılmışdır.