ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Portuqaliyada səfərdədir

28.04.2022, 10:00
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Portuqaliyada səfərdədir
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Portuqaliyada səfərdədir

2022-ci il aprelin 28-də Portuqaliyanın Porto şəhərində Avropa Hakimlər Assosiyasiyasının illik toplantısı, eyni zamanda "Məhkəmə dürüstlüyü, şəffaflığın artlrılması və məhkəməyə inamın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev və Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov təmsil edirlər.

Portuqaliya Hakimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konfransda ümumilikdə 40 ölkədən hakimlər və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Tədbirdə Portuqaliya Ali Məhkəməsinin sədri Henrique Araujo, BMT-nin hakimlərin müstəqilliyi üzrə xüsusi məruzəçisi Dieqo Grarciya Sayan, Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndəsi Beti Hohler, Avropa Hakimlərinin Məşvərət Şurasının sabiq sədri Nina Betello, Dünya Hüquqşünaslar Birliyinin prezidenti Javier Cremades, Portuqaliya Auditorlar Məhkəməsinin hakimi Nuno Coelho mövzu üzrə məruzə ilə çıxış ediblər. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq, bu sahədə mövcud beynəlxalq təcrübənin milli səviyyədə tətbiqinin imkanları müzakirə edilib.

Bununla yanaşı, Avropa Hakimlər Assosiasiyasının illik toplantısında üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu istiqamətində qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.