ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin növbəti müzakirəsi keçirilmişdir

25.06.2021, 15:53

2021-ci 25 iyun tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti müzakirəsi keçirilmişdir.

Tədbirdə “İnzibati məhkəmə icraatında sübutların toplanması: tərəflərin və məhkəmənin üzərinə düşən vəzifələr” mövzusu üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Rahib Nəbizadə və Vəkillər Kollegiyasının üzvü Sima Yagubova təqdimatla çıxış etmişlər. Daha sonra işin hallarının araşdırılması prinsipi, birinci və apelyasiya instansiyası məhkəmələrində bu prinsipin tətbiqi, sübutetmə yükü və inzibati icraatda onun bölüşdürülməsi ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.