ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin növbəti sonuncu müzakirəsi keçirilmişdir

09.07.2021, 16:22

09 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında növbəti sonuncu müzakirəsi keçirilmişdir.

Tədbirdə “Məhkəmənin yardımetmə vəzifəsi və proses iştirakçılarının dinlənilmə hüququ” mövzusu üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayevə və Vəkillər Kollegiyasının üzvü Gülşən Salmanova təqdimatla çıxış etmişlər. Daha sonra inzibati icraatda məhkəmənin yardımetmə vəzifəsinin məzmunu, həyata keçirilmə formaları və həddləri, dinləmə hüququnun mahiyyəti və həyata keçirilmə üsulları, yazılı icraatda dinlənilmə hüququ və s. məsələlərlə bağlı müzakirələr aparılmışdır.