ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

MDB Müşahidə Missiyasının nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür

22.01.2020, 11:32
MDB Müşahidə Missiyasının nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür
MDB Müşahidə Missiyasının nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür

      2020-ci il yanvarın 22-də  Ali Məhkəmənin sədri Ramiz Rzayev 9 fevral Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) İcrayə Komitəsi sədrinin birinci müavini Viktor Quminski və MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşmüşdür.

      Ali Məhkəmənin sədri Ramiz Rzayev nümayəndə heyətini salamlamış və bildirmişdir ki, seçki hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə, eyni zamanda, vətəndaşların dövlətin və ictimai həyatın idarə olunmasında kütləvi iştirak formalarından biridir. Seçkinin Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavillərin tələbinə, Avropa standartlarına uyğun aparılması dövlətimizin əsas məqsədlərindən biridir.

      Ali Məhkəmənin sədri  seçki hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmə aidiyyatı və bu sahədə məhkəmə təcrübəsi ilə bağlı fikirlərini açıqlamış, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər və onlara baxılması qaydaları barədə ətraflı məlumat vermişdir.

      R.Rzayev vurğulamışdır ki, Parlament seçkilərinin qanunvericiliyə uyğun şəkildə aparılması üçün Azərbaycan hakimiyyəti tərəfindən lazımi tədbirlər görülür. Atılan bütün addımlar seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, seçki mühitinin demokratikliyinə xidmət edir.

      Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Viktor Quminski qeyd edib ki, onlar Azərbaycanda keçirilən seçki prosesini daima müşahidə edirlər. O, ölkəmizin bu sahədə böyük təcrübə qazandığını qeyd edıb.

       Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.