Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
25.06.2003, 12:35
“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
Bakı şəhəri № 4 25 iyun 2003-cü il
Azərbaycan Respublikasında yeni Cinayət Məcəlləsinin qəbul edilməsi ilə əlaqədar məhkəmə təcrübəsində cəza təyinini tənzimləyən normaların tətbiqi ilə bağlı yeni məsələlər meydana çıxmışdır. Yeni cinayət qanunvericiliyində cinayətlərin təsnifatı və cəzaların növləri məsələlərində əvvəlki qanunvericilikdən fərqli anlayışlar müəyyən edilmiş, yaxud qanunvericiliyə yeni istilahlar daxil edilmişdir.
Cəzanı yüngülləşdirən və ağırlaşdıran halların siyahısı dəqiqləşdirilmiş, başa çatmayan cinayətə görə, iştirakçılıqla törədilmiş cinayətə görə, residivə görə, cinayətlərin və hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi sahəsində bir çox hallarda imperativ xarakter daşıyan yeni normalar müəyyən edilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad etmə, məhkumluğun ödənilməsi məsələlərində də dəyişikliklər edilmişdir.
Təbii ki, cinayət qanunvericiliyinin yeni normalarının anlayışında və tətbiqində məhkəmələr müəyyən çətinliklərlə qarşılaşmışlar. Son illərin məhkəmə təcrübəsi göstərir ki, cəzanı yüngülləşdirən hallar olduqda, residivə görə, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi məsələlərində məhkəmələr daha çox səhvlərə yol verirlər. Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması məsələlərinin məhkəmələr tərəfindən eyni cür qavranılmaması, nəticədə məzmun etibarılə biri-digəri ilə uzlaşmayan qərarlar qəbul edilməsi halları da mövcuddur.
Məhkəmələr tərəfindən cinayət cəzaları təyin edilməsi məsələlərində yol verilən nöqsanların gələcəkdə aradan qaldırılması və bu sahədə qanunların eyni cür tətbiq edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALIR:
1. Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.
Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir.
Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsüfü təmin edilir.
Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.
1-1. Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklərin edilməsi, o cümlədən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş cəzaların yüngülləşdirilməsi, işlərə baxılarkən zamana görə cinayət qanunun tətbiqi məsələsini ortaya çıxarmaqla, onun düzgün, vahid mövqedən həll edilməsini tələb edir.
Bununla əlaqədar cəzanın təyini məsələsinin həllində aşağıdakılar nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir.
Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir.
Cinayət qanununun yeni və əvvəlki normalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı və aşağı hədləri eyni olduqda, şəxsin əməlinə yeni və yaxud əvvəlki normanın şamil edilməsi məsələsi hansı normada azadlıqdan məhrum etməyə nisbətən daha yüngül növ cəzaların nəzərdə tutulmasından asılı olaraq həll edilməli, daha yüngül növ cəzaların nəzərdə tutulduğu maddə şəxsin vəziyyətini yaxşılaşdıran norma hesab edilməklə tətbiq edilməlidir (həmin cəzalar da eyni növdə olduqda, onların müddətinə və ya həcminə görə tətbiq edilməli norma müəyyən edilməlidir).
Yeni cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi əvvəlki normanının sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq, lakin aşağı həddi əvvəlki normada göstərilən həddən az olduqda və yaxud yeni sanksiyada əvvəlki normada olmayan alternativ cəzalar nəzərdə tutulduqda, eynilə yeni normada təsbit edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi əvvəlki normada müəyyən edilən həddən az olduqda, lakin əvvəlki normada azadlıqdan məhrum etmənin aşağı həddi daha çox olduğu və yaxud yeni normada olmayan alternativ cəzalar nəzərdə tutulduğu hallarda, cəzanın təyini məsələsinin həlli zamanı məhkəmə həm yeni, həm də əvvəlki normaların sanksiyalarından təqsirləndirlən şəxs üçün daha yaxşı şərtlər müəyyən edən müddəaları (cəza növlərini, cəzaların hədlərini) ona şamil edilə bilən müddəalar kimi nəzərə almalıdır.
Məsələn, yeni normanın sanksiyasında azadlıqdan məhrum etmə cəzasının müddəti 3 ildən 5 ilədək müəyyən olunubsa, əvvəlki normanın sanksiyasında isə azadlıqdan məhrum etmə cəzasının həddi 2 ildən 7 ilədək müəyyən olunmuşdusa, cəzanın təyin edilməsi zamanı tətbiq edilməli olan normalar kimi yeni normanın cəzanın yuxarı həddinə dair, əvvəlki normanın isə aşağı həddinə dair müddəaları götürülməli, yəni təqsirləndirilənə cəza 2 ildən 5 ilədək müddət daxilində təyin edilməlidir. [1]
2. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.
Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır.
CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir.
Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz.
Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir.
2-1. Cinayətlərin məcmusuna daxil olan cinayətlərə görə islah işləri cəzası təyin edildikdə, cəzalar tamamilə və ya qismən toplanılmaqla qəti cəzanın təyin edilməsi zamanı məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə tutulması müəyyən edilmiş məbləğlərin (faizlərin) toplanılmasına yol verilmir.
Həm birinci, həm də ikinci hökmlə şəxs islah işləri cəzasına məhkum olunduqda hökmlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi zamanı da yalnız islah işləri cəzalarının müddətləri toplanılır (birinci hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yeni hökmlə təyin olunmuş cəzanın müddətinə tam və ya qismən birləşdirilir). Bu halda da məhkum olunmuş şəxsin qazancından tutulmalı olan məbləğlər (faizlər) toplanılmır və istər hökmlərin, istərsə də cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilərkən həmin faizlərin daha yüksəyinin tutulması qərara alınır.
Nəzərə alınmalıdır ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti olaraq təyin edilmiş ictimai işlər və ya islah işləri cəzalarının müddətləri bu növ cəzalar üçün Cinayət Məcəlləsinin 47.2 və 49.1-ci maddələrində müəyyən edilmiş müddətlərin yuxarı həddindən artıq ola bilməz.”
2-2. Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən, hərbi xidmət üzrə məhdudlaşdırma cəzası müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və hərbi qulluqçu hazırlayan xüsusi təhsil müəssisələrinin kursantları istisna olunmaqla hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş digər hərbi qulluqçulara - zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət edən hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə islah işləri cəzasının əvəzinə iki aydan iki ilədək müddətə təyin edilir və eyni zamanda məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
Hərbi qulluqçunun təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında hərbi xidmət üzrə məhdudlaşdırma və ya islah işləri cəzası nəzərdə tutulmadıqda, həmin şəxsə Cinayət Məcəlləsinin 50-ci maddəsində göstərilən cəza yalnız həmin Məcəllənin 62-ci maddəsində sadalanan hallar müəyyən edildikdə bu maddəyə istinad edilməklə təyin edilə bilər.
2-3. Həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir.
Cinayətlərin və yaxud hökmlərin məcmusu qaydasında hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi zamanı cinayətlərin və yaxud hökmlərin məcmusu üzrə islah işləri cəzasının təyini məsələsində olduğu kimi ayrı-ayrı cinayətlərə görə və yaxud ayrı-ayrı hökmlər üzrə təyin olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzalarının müddətləri tam və yaxud qismən toplanılır (əvvəlki cəzanın çəkilməmiş hissəsi tam və ya qismən yeni hökmlə təyin olunmuş cəzaya birləşdirilir), aylıq pul təminatından dövlət nəfinə tutulmaların (faizlərin) toplanılmasına isə yol verilmir. Bu halda da şəxsə aylıq pul təminatından dövlət nəfinə tutulmanın daha yüksəyi (daha böyük faizi) təyin olunur. [1]
3. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir.
Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır.
Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması və ya CM-nin 53.5-ci maddəsində sadalanan sosial qruplardan olması özü-özlüyündə ona maddənini sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda və həmin sosial qrupdan olan məhkuma ağır cəza verilməsinə əsaslar olmadıqda yuxarıda qeyd edilən hallar işin müstəsna halı kimi və CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verən amil kimi qiymətləndirilə bilərlər.
Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur.
Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. [2]
3-1. Məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3-cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etmək zərurəti yarandıqda, Cəzaların İcrası Məcəlləsinin 51-3.3-cü maddəsinə müvafiq olaraq buna icazəni məhkumun müraciətinə əsasən icra məmuru verir. Məhkumun yaşayış yerini tamamilə dəyişməsinə icazəni isə Cəzaların İcrası Məcəlləsinin 53-3.6.1 – 53-3.6.3-cü maddələrində göstərilən müstəsna hallar olduqda, məhkumun müvafiq ərizə ilə icra məmuruna müraciət etməsindən sonra icra məmurunun tərtib etdiyi təqdimat əsasında məhkəmə verir.
Təqsirləndirilən şəxsin üzərinə məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək vəzifəsini qoyarkən məhkəmə belə yerlərin əlamətlərini də mütləq göstərməlidir (məsələn, alkoqollu içkilər satılan satış məntəqələri və ya ictimai iaşə obyektləri və s.). Eynilə təqsirləndirilən şəxs üçün kütləvi və digər tədbirləri təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək kimi vəzifələri müəyyən edərkən də, məhkəmələr nəzərə almalıdırlar ki, belə qadağalar həm bütün kütləvi tədbirlərə, həm də cəzanın məqsədi baxımından bunların bir hisəssinə aid edilə bilər. Hər bir halda bu məsələ hökmün təsviri-əsaslandırıcı hissəsəsində əsaslandırılmalıdır.
Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində əcnəbilərə və Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qadağan edilir.
3-2. Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Cəzalar toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının bir günü islah işləri və ya hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının iki gününə, ictimai işlər cəzasının isə dörd saatına bərabər tutulur. [3]
4. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.
CM-nin 59.1.9-cu maddəsilə nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Bu zaman nəzərə almaq lazımdır ki, şübhəli şəxs kimi saxlandığı zaman təqsirkarın cinayət hadisəsi törətməkdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilə bilməz.
Cinayət törədilməsi faktı üzrə başlanmış iş üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmişdirsə, şəxsin bu əməli onun tərəfindən törədilməsi barədəki ərizəsi və ya məlumatı könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilməlidir. Artıq cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi də könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir.
Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma kimi yüngülləşdirici hall yalnız təqsirkarın özünün etiraf etdiyi cinayətlərlə əlaqədar nəzərə alınmalıdır.
Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02.04.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar.
Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir.
Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir.
Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir.
Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır.
Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma yalnız bu halın aid olduğu cinayətə görə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal, müvafiq olaraq da yalnız bu əmələ görə cəzanın CM-in 60.1-ci maddəsinin müəyyən etdiyi həddə (həcmdə) təyin edilməsini tələb edən əsas kimi nəzərə alınmalıdır. [4]
5. Qanunun mənasına görə CM-nin 60-cı maddəsində müəyyən olunan qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər. Cəzanı ağırlaşdıran hallar dedikdə CM-nin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-nin 59.1.9 və 59.1.10-cu maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-nin 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin bu zaman CM-nin 62-ci maddəsinə mütləq istinad edilməlidir.
CM-nin 59.1.9 və 59.1.10-cu maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
5. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir.
Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
Məhkəmələr nəzərə almalıdırlar ki, cəzanı yüngülləşdirən halların təsbit olunduğu digər maddələrdən fərqli olaraq yalnız Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi CM-in 60.1-ci maddəsinin məqsədləri üçün ayrı-ayrılıqda nəzərə alınması mümkün olan “şəxsin könüllü gəlib təqsirini boynuna alması” “cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi”, “cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” kimi halları təsbit edir. İşin hallarından asılı olaraq konkret işdə bu halların yalnız biri və yaxud eyni zamanda bir neçəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini tələb edən cəzanı yüngülləşdirən hal (hallar) qismində müəyyən oluna bilər. [5]
5.1. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ sağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində CM-nin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir).
5.2. Məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi yalnız ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış yaxın qohumu ilə barışığın əldə olunmasını cəzanı yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 60.1-ci maddəsi isə (cəzanı ağırlaşdıran hallar olmadıqda) təqsirləndirilən şəxsə cəzanın Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ağır cəza növünün dörddə üçündən artıq olmamaq şərti ilə təyin edilməsini tələb edən əsas kimi təsbit etdiyindən, təqsirləndirilən şəxsin Cinayət-Prosessual Məcəllənin 106.1-ci maddəsinə müvafiq olaraq ölmüş zərərçəkmiş şəxsin digər, yəni cinayət-prosessual qanunun 7.0.32-ci maddəsində qeyd olunmayan (həmin Məcəllənin 7.0.33-cü maddəsi ilə ehtiva olunan) qohumları sırasından təyin olunmuş hüquqi varisi ilə və yaxud CPM-in 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hüquqi varis qismində təyin olunmuş vəkillə barışıq əldə etməsi CM-in 59.1.12-ci maddəsində göstərilən sözügedən cəzanı yüngülləşdirən halın müəyyən edilməsi üçün əsas yaratmır. [6]
6. Cəzanı ağırlaşdıran halların siyahısı CM-nin 61-ci maddəsində göstərilənlərdən ibarətdir və onlar geniş təfsir oluna bilməz.
Cinayətin alkoqollu içkilərdən, narkotik, psixotrop və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində törədilməsi qanunla cəzanın ağırlaşdıran hallara aid edilməmişdir. Lakin belə məlumatlar CM-nin 58.3-cü maddəsinə uyğun olaraq müvafiq əsaslar olduqda şəxsiyyəti səciyyələndirən məlumatların qiymətləndirilməsi zamanı nəzərə alına bilər.
7. Cinayətlərin residivinin qanunla (CM-nin 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-nin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir.
CM-nin 18-ci maddəsinin mənasına görə cinayətlərin residivinin mövcudluğu məsələsi həll edilərkən qəsdən törədilən cinayətlərə görə məhkum olunmuş şəxsin bu cinayətlərdən hər hansı birinin törədilməsində icraçı və iştirakçı olması, yaxud törətdiyi cinayətin başa çatıb-çatmamasının əhəmiyyəti yoxdur. Həm də nəzərə almaq lazımdır ki, CM-nin 18.4-cü maddəsinə görə yetkinlik yaşına çatmayana qədər törədilmiş cinayətlərə görə məhkumluqlar resedivin müəyyən edilməsi zamanı nəzərə alınmır.
2000-ci ilin sentyabrın 01-dən əvvəl qəsdən törədilən cinayətlərə görə məhkumluqlar ödənmədikdə və ya götürülmədikdə həmən tarixdən sonra qəsdən cinayətlərin törədilməsi cinayətin residivini yaradır.
7. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır.
Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan – islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.
Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır.
Xarici ölkələrin məhkəmələrinin hökmlərinə əsasən yaranmış məhkumluqlara görə cinayətlərin residivinin müəyyən edilməsinin mümkünlüyü məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli qərarına əsasən “yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir”. Müvafiq olaraq bu qərara görə Azərbaycan Respublikası ilə digər dövlət (dövlətlər) arasında xarici ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluğun birbaşa və yaxud hökmün Azərbaycan Respublikasının ərazisində tanınması prosedurundan sonra nəzərə alınmasını nəzərdə tutan beynəlxalq müqavilə yoxdursa, başqa ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluq cinayətlərin residivi məsələsinin həlli zamanı nəzərə alına bilməz.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz.
Hökmün təsviri-əsaslandırıcı hissəsində müvafiq əsaslar gətirilməklə cinayətlərin residivinin Cinayət Məcəlləsinin 18-ci maddəsində nəzərdə tutulmuş məhz hansı növünün müəyyən olunduğu qeyd edilməlidir. Cinayət Məcəlləsinin 18-ci maddəsinin mənasına görə residivin müəyyən edilməsi ilə əlaqədar şəxsin əvvəlki hökmlə təqsirli bilindiyi cinayətdə icraçısı olması və yaxud cinayətin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı qismində iştirak etməsi, həmin cinayətin başa çatmış cinayət olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan 7 iyun 2019-cu il tarixli qərarına əsasən məhkəmə baxışının hədlərini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsi cəzanı ağırlaşdıran halların müəyyən edilməsi məsələsində məhkəməni ibtidai araşdırmanı aparmış orqanın mövqeyindən asılı etmir və məhkəmə cəzanı ağırlaşdıran halları, o cümlədən cinayətlərin residivini ittiham aktında göstərilib-göstərilməməsindən asılı olmayaraq cəzanı ağırlaşdıran hal qismində müəyyən edə və cəzanın təyin edilməsi zamanı nəzərə ala bilər.
Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. [7]
8. CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır.
Cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır.
CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər.
CM-nin 62.1-ci maddəsinin mənasına görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ, daha yüngül cəzaların olması (məsələn, CM-nin 177.2 və 178.2-ci maddələri) həmin maddədə müəyyən edilmiş hər hansı cəza növünün aşağı həddindən də az cəza təyin edilməsinə mane olmur.
Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur.
Eyni zamanda nəzərə almaq lazımdır ki, törədilmiş cinayət üçün qanunda alternativ cəzalar qismində yalnız cərimə və azadlıqdan məhrumetmə növündə cəzalar nəzərdə tutulmuşsa, bu zaman CM-nin 62-ci maddəsini tətbiq etməklə maddədə göstərilənlərdən başqa cəza növü seçilə bilməz. Çünki 62-ci maddədə belə hallarda "maddədə müəyyən ediləndən daha yüngül cəza növü" təyin edilməsindən söhbət gedir. Cəzaların təsnifatına görə isə (CM-nin 42-ci maddəsi) ən yüngül cəza növü cərimə cəzası hesab edilmişdir. [8]
Maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53-cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər.
Şəxs CM-nin Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-nin 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-nin 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-nin 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir.
9. CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.
Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır.
Cinayətlərin residivinin istənilən növü müəyyən edildiyi hallarda da başa çatmayan cinayətə görə təyin edilən cəzanın Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az olması istisna edilmir. Bu vəziyyətdə də hökmün nəticə hissəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunması tələb olunmur.
Nəzərə almaq lazımdır ki, başa çatmayan cinayətlərə dair işlərdə cinayətlərin residivi (residivin hər hansı növü) cəzanı ağırlaşdıran hal qismində müəyyən edildikdə, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə müvafiq olaraq residivə görə cəzanın yolverilən aşağı həddi başa çatmayan cinayət üzrə müəyyən edilmiş cəzanın yuxarı həddinə görə hesablanmalıdır. Məsələn, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə hazırlığa görə təqsirləndirilən şəxsin əməlində cinayətlərin sadə residivi müəyyən olunduğu halda, əvvəlcə Cinayət Məcəlləsinin 63.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə cinayətə hazırlığa görə təyin edilə biləcək cəzanın yuxarı həddi, yəni 12 il azadlıqdan məhrum etmə cəzasının yarısı (6 il) müəyyən edilməli və həmin 6 ildən çıxış etməklə CM-in 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cinayətlərin sadə residivinə görə təyin edilə biləcək cəzanın aşağı həddi müəyyən edilməlidir. Bu müddət 3 il təşkil etsə də, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 5 il olduğundan, təqsirkara cəza 5 ildən 6 ilədək olan müddət hüdudlarında təyin olunmalıdır. Maddənin sanksiyasında nəzərdə tutulmuş həddən az cəzanın təyin edilməsi üçün Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilən halların olması və cəzanın CM-in 62-ci maddəsinə istinad etməklə təyin edilməsi tələb olunur.
Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. [9]
Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz.
10. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63,66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Belə hallarda, habelə yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
Şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşında törədilmişsə məhkəmə cinayətlərin məcmusu üzrə cəza təyin edərkən əvvəlcə CM-nin 85-ci maddəsinin tələblərini nəzərə alaraq 18 yaşına çatanadək törədilmiş cinayətlərə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəzanı təyin edir və CM-nin 66-cı maddəsinə uyğun olaraq cəzaları birləşdirir.
11. Cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivi zamanı cəza təyin edərkən məhkəmələr CM-nin 65.1 və 65.2-ci maddələrində göstərilmiş halları nəzərə almalıdırlar. Birinci instansiya məhkəmələri tərəfindən həmin qaydaların pozulduğu hallarda apellyasiya instansiyası məhkəməsi dövlət ittihamçısının apellyasiya protestinə və ya zərərçəkmişin apellyasiya şikayətinə əsasən hökmü CPM-nin 397.2, 398.1.4, 399.1.4, 399.1.5 403, 404 və 405.1-ci maddələrinə uyğun olaraq dəyişdirməlidir.
CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilən qaydalar yalnız o vaxt tətbiq edilir ki, CM-nin Xüsusi hissəsinin maddəsi şəxsin məhkumluğunu yeni törədilmiş cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutsun. (məsələn, 177.3.3 və 178.3.3-cü maddələri) CM-nin 65.3-cü maddəsinin qaydaları digər ağırlaşdırıcı əlamətlər, məsələn təkrarlıq barəsində tətbiq olunmur. Müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri- əsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir.
Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən qaydalardan birincisi cinayətlərin residivinin mövcud olması ilə yanaşı cinayət törətmiş şəxsin məhkumluğunun onun əməlinə şamil edilmiş Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində tövsifedici əlamət kimi göstərildiyi halda, ikincisi isə baxılan işdə cinayətlərin residivi ilə yanaşı təqsirləndirlən şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə əsas yaradan müstəsna hallar müəyyən olduqda tətbiq olunur.
Cinayət Məcəlləsinin 61.3-cü maddəsi əməlin hüquqi tövsifi zamanı nəzərə alınmış CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilən halların cəzanı ağırlaşdıran hal qismində təkrar nəzərə alınmasını qadağan etdiyi kimi, Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən birinci qayda da şəxsin məhkumluğu əməlin hüquqi tövsifi zamanı nəzərə alındığı halda residivin təkrarən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına, yəni məhkəmənin residivin olmasından çıxış edərək cəzanı Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında (residivə, təhlükəli residivə, xüsusilə təhlükəli residivə görə) təyin etməsinə yol vermir.
Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən ikinci qaydaya görə isə məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunan halların müəyyən edilməsi səbəbindən şəxsin barəsində cəzanın məhz bu hallara (CM-in 62-ci maddəsinə) müvafiq olaraq təyin edilməsi (bir tərəfdən müstəsna halların, digər tərəfdən residivin olması kimi toqquşan xüsusatların rəqabətini birincinin xeyrinə həll etməsi) haqqında nəticəyə gələrsə, artıq təqsirkara Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən tələbləri nəzərə almadan cəza təyin edir. Yəni, bu halda məhkəmə Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərildiyi kimi yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ağır cəza növündə və bu cəzanın dörddə üçü (xüsusi təhlükəli residivə görə) və yaxud üçdə ikisi (təhlükəli residivə görə), və yaxud yarısı (residivə görə) həddində deyil, maddənin sanksiyasında nəzərdə tutulmuş istənilən daha yüngül növ cəzanı və yaxud həmin maddənin sanksiyası daxilində lakin, CM-in 65.2-ci maddəsində qeyd olunan hədlərdən aşağı həddə, habelə Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərildiyi kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud ümumiyyətlə maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edə bilər.
Bütün hallarda Cinayət-Prosessual Məcəllənin 353.2-ci maddəsinə müvafiq olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin Cinayət Məcəlləsinin 65.3-cü maddəsində təsbit edilən qaydaya əsasən (CM-in 65.2-ci maddəsində göstərilən imperativ tələbləri) nəzərə almadan cəza təyin etməsi, o cümlədən CM-in 62-ci maddəsi ilə ehtiva olunan halların mövcud olması müvafiq surətdə əsaslandırılmalıdır.
Hökmün nəticəvi hissəsində isə cəzanın təyin edilməsi üzrə qərarda (müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və yaxud maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edildiyi hallarda) Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə istinad etmək tələb olunmur və yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməlidir. [10]
12. Cinayətlərin residivi, təhlükəli resedivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törətdildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluğlar nəzərə alınır. Bu halda cəza CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-nin 65.2-ci maddəsinə görə belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəza isə müvafiq olaraq CM-nin 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir.
13. Bir neçə cinayət törədilməsində təqsirli bilinən şəxs onlardan heç birinə görə məhkum edilmədikdə və onun hərəkətləri cinayətin təkrar törədilməsi kimi tövsüf olunmuşdursa (məsələn, CM-nin 120.2.10-cu, 177.2.2-ci maddələri) cəza təyin edilərkən həmin hal CM-nin 61.3-cü maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdursa və CM-nin 59.1.9-cu və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda CM-nin 60-cı maddəsinin göstərişinə uyğun olaraq təyin edilən cəzanın müddəti və miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasını nəzərdə tutan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
Əvvəlki məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin əməli cinayətin təkrar törədilməsi əlaməti üzrə tövsif edilmişdirsə, cinayətlərin residivinin, (o cümlədən hansı növünün) olub-olmaması CM-nin 18-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir.Cinayətlərin residivi müəyyən olunduqda CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilmir, belə ki, burada CM-nin 61.1.1-ci maddəsində göstərilən ağırlaşdırıcı hal (cinayətlərin residivi) mövcuddur. Belə hallarda əgər CM-nin Xüsusi hissəsinin maddəsi cinayət törətmiş şəxsin məhkumluğunu ağırlaşdırıcı əlamət kimi göstərmirsə və müstəsna hallar (CM-nin 62-ci maddəsi) yoxdursa cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır.
13. Təqsirləndirilən şəxsin əməlləri Cinayət Məcəlləsinin 16-cı maddəsinə müvafiq olaraq cinayətlərin təkrar törədilməsi əlaməti üzrə məsələn, CM-in 177.2.2-ci maddəsi ilə tövsif edildikdə Cinayət Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən həmin hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Bu zaman cəzanı ağırlaşdıran digər hallar da müəyyən edilmədikdə, eyni zamanda CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda təqsirləndirilən şəxsə cəza Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə müvafiq olaraq təyin edilməli, yəni cəzanın müddəti və ya miqdarı CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır.
Təqsirləndirilən şəxsin müəyyən əməllərinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsi digər cinayətə (cinayətlərə) münasibətdə onun əvvəlki ödənilməyən və yaxud götürülməyən məhkumluğundan irəli gələn cinayətlərin residivinin Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməsini və həmin (təkrarlığa aidiyyatı olmayan) cinayətə görə cəzanın residivin növündən asılı olaraq CM-in 65.2-ci maddəsinin qaydalarına müvafiq surətdə təyin edilməsini istisna etmir. [11]
14. Cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar.
Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanmasını istisna etmədiyindən belə hallarda CM-nin 68-ci maddəsi ilə müəyyən edilən qaydalar rəhbər tutulmalıdır. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü müəyyən edilmişsə CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar birləşdirilərkən məhkəmələr qəti cəza təyini üçün seçilmiş qaydadan asılı olaraq cərimə cəzasının daha ciddi cəza ilə əhatə edilməsi və ya cəzaların toplanması barədə qərar qəbul edə bilər. Cəzalar toplanarkən CM-nin 68.2-ci maddəsinin belə bir müddəasını rəhbər tutmaq lazımdır ki, bu halda cərimə cəzası müstəqil icra olunur.
Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanılmasını istisna etmədiyindən, belə hallarda Cinayət Məcəlləsinin 68-ci maddəsində təsbit edilən qaydalar tətbiq edilməlidir. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü təyin edilirsə, əgər cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayət daxildirsə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq qəti cəza cərimə və daha ağır cəzanın tam və yaxud qismən toplanılması yolu ilə təyin edilir. Cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Cərimə, habelə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzalarının ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları ilə toplanılması zamanı bu cəzaların vahid cəzaya çevrilməsi mümkün olmadığından, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar (o cümlədən qəti olaraq təyin olunmuş cərimə və daha ağır cəza) müstəqil icra olunmalı, hökmün nəticəvi hissəsində buna dair müddəa əks etdirilməlidir. [12]
15. Şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza CM-nin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza CM-nin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-nin 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun təyin edilmiş azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti törədilmiş cinayətlərdən daha ağırı üçün CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilən cəzanın yuxarı həddindən, CM-nin 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş cəzanın müddəti isə 15 ildən çox ola bilməz.
Bir və ya bir neçə cinayətlərə görə CM-nin 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edildikdə də həmin qaydalar tətbiq edilir.
15. Şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-in 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olaraq (cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə) təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə CM-in Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq, CM-in 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti isə iyirmi ildən çox ola bilməz.
Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. [13]
16. Birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. [14]
Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz.
17. Məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir.
Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir.
CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.
18. Məhkəmənin cəzalanmalı olan əməli cinayət qanunun bir maddəsindən daha yüngül məsuliyyət müəyyən edən bir neçə maddəsinə tövsüf etməsinə o vaxt yol verilir ki, belə tövsüf məhkumun vəziyyətini ağırlaşdırmasın, onun müdafiə hüququnu pozmasın. Belə hallarda ciinayətlərin məcmusuna görə təyin edilən cəza şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqda qərarda və ittiham aktında göstərilən CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan maksimum cəzadan artıq olmamalıdır.
Bu müddəalar işlərə apellyasiya və kassasiya qaydasında baxılması hallarına da aiddir.
19. Məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə alınmış cəza müddəti aiddir. [15]
Əvvəlki hökm üzrə çəkilməmiş əlavə cəza hökmlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya yalnız əlavə cəza qismində birləşdirilə bilər, yaxud yeni hökmlə təyin edilmiş həmin növdən olan əlavə cəza ilə CM-nin Ümumi hissəsinin müvafiq maddəsinin bu cəza növü üçün müəyyən etdiyi hədlərdən çox olmamaqla toplanıla bilər.
Bir neçə hökm üzrə islah işləri növündə cəza təyin edərkən islah işlərinin müddətləri ancaq CM-nin 67-ci maddəsi ilə müəyyən edilmiş qaydada toplanıla bilər. Bu zaman hökmlərin məcmusu üzrə islah işi cəzasının müddəti iki ildən artıq ola bilməz. Əmək haqqından tutulmaların miqdarı (faizlər) toplanıla bilməz.
20. CM-nin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır.
20. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır.Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.
Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. [16]
21. Birinci hökm üzrə təyin olunmuş və məhkəmə tərəfindən şərti hesab olunmuş cəzanın da hökmlə təyin olunmuş cəzaya tam birləşdirilməsi zamanı məhkəmə birinci iş üzrə qətimkan tədbiri və ya tutma qaydasında həbsdə (əgər belə tədbir tətbiq olunmuşsa) olunma müddətini hökmlərin məcmusu üzrə cəzanın qəti müddətinə hesablamalıdır.
Birinci hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası CM-nin 77-ci maddəsinə uyğun olaraq, yaxud amnistiya aktı və ya əfv etmə qaydasında daha yüngül cəza ilə əvəz edildikdən sonra şəxs tərəfindən yeni cinayət törədilmişdirsə, ikinci hökm üzrə təyin edilən yeni cəzaya daha yüngül cəzanın çəkilməmiş hissəsi birləşdirilir.
Azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur.
Hərbi qulluqçuların cinayət törətmələri ilə əlaqədar hauptvaxtda olduqları müddət məhkəmə tərəfindən hökm çıxarılarkən cəza müddətinə hesablanır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 35-ci maddəsinə əsasən “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə və 30-cu maddəsinə əsasən intizam qaydasında həbs edilən, həmçinin "Sərhəd Qoşunları haqqında" Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli Qanununun 5-ci maddəsinə əsasən inzibati qaydada saxlanılan şəxslər həmin əməllərə görə sonradan cinayət məsuliyyətinə cəlb edildikdə də eyni qayda tətbiq olunur.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. [17]
22. CPM-nin 519-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada şəxsin islah işləri cəzasını çəkməkdən boyun qaçırmasının qərəzli olub-olmaması məsələsinə baxarkən məhkəmələr məhkum barəsində məhkəmə icraçısı tərəfindən Cəzaların İcrası Məcəlləsinin 51-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada xəbərdarlıqların tətbiq olunmasının əsaslılığını yoxlamalı, məhkuma yazılı şəkildə xəbərdarlıq edildikdən sonra onun tərəfindən cəza çəkmənin şərtlərinin yenidən pozulmasının səbəblərini, habelə məhkumun işləmək arzusunun olmamasına dəlalət edən digər halları (işə sərxoş vəziyyətdə gəlmə, işdə boşdayanma, işdən çıxma və üzürlü səbəb olmadan başqa işə girməmə və s.) aydınlaşdırılmalıdır.
CM-nin 49.3-cü maddəsinə uyğun olaraq şəxs islah işlərini çəkməkdən qəsdən boyun qaçırdıqda məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər (üç gün islah işlərini bir gün azadlıqdan məhrumetmə ilə əvəz etməklə). Bu qayda həm də o halda tətbiq olunur ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasındakı azadlıqdan məhrumetmə cəzasının müddəti islah işləri bu növ cəza ilə əvəz edildikdən sonra müəyyən edilən müddətdən az olsun, yaxud maddənin sanksiyasında ümumiyyətlə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasın.
Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə uyğun olaraq şəxs islah işlərini çəkməkdən qəsdən boyun qaçırdıqda məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər (iki gün islah işlərini bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərini bir gün azadlıqdan məhrum etmə ilə əvəz etməklə). Bu qayda həm də o halda tətbiq olunur ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasındakı azadlıqdan məhrum etmə və yaxud azadlığın məhdudlaşdırılması cəzalarının müddətləri, islah işləri bu növ cəzalardan biri ilə əvəz edildikdən sonra müəyyən edilən müddətdən az olsun, yaxud maddənin sanksiyasında ümumiyyətlə azadlıqdan məhrum etmə və yaxud azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmasın. [18]
23. Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir.
CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz.
Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın.
Məhkəmələrə həmçinin tövsiyə edilir ki, müvafiq hallar olduqda və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza təyin edərkən əsas peşəsi nəqliyyat vasitəsini idarə etmə olan şəxslər barəsində bu növ əlavə cəzanın tətbiqinin məqsədə uyğunluğu məsələsini müzakirə etsinlər.
23. Məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir.
O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir.
Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir.
CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır.
Cinayət Məcəlləsinin 48.0-cı maddəsinə uyğun olaraq ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə bunu hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmaqla nəticəvi hissədə məhkumun ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün həmin orqana təqdimatın göndərilməsi haqqında, digər orqanlar tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsinin zəruriliyi barədə nəticəyə gəldikdə isə, hökmün təsviri-əsaslandırıcı hissəsində nəticəyə gəlməsinin motivlərini əsaslandırmaqla, nəticəvi hissəsində xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi barədə qərar qəbul edir. Məhkəmə şəxsin ali hərbi və ya ali xüsusi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ayrıca sənəd şəklində təqdimat tərtib edərək onu müvafiq icra hakimiyyəti orqanına göndərir, digər xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında hökmü isə qüvvəyə mindikdən sonra icra edilməsi üçün həmin xüsusi və ya hərbi rütbəni və ya təltifi vermiş müvafiq dövlət orqanına göndərir.
Cinayət Məcəlləsinin 52.1-ci maddəsi CM-in 52.2-ci maddəsində göstərilən şəxslər istisna edilməklə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzasının təyin edilməsini nəzərdə tutmaqla, habelə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə CM-in 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla həmin əlavə cəzanın təyin edilməsinə yol verməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində olan hər bir işdə cəza təyini məsələsi həll edilərkən onlara əlavə cəzanın təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirə olunmasını və hökmün təsviri-əsaslandırıcı hissəsində bu məsələ üzrə məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasını tələb edir.
Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın.
Məhkəmə eyni qaydada, yəni Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etməklə həmin maddənin tətbiqinə əsas verən hallar olduqda əsas peşəsi nəqliyyat vasitəsini idarə etmək olan şəxslər barəsində bu növ əlavə cəzanı təyin etməyə bilər. [19]
24. Şəxs bir neçə cinayətin törədilməsində təqsirli bilindikdə CM-nin 65 və CPM-nin 353.4.2-353.4.3-cü maddələrinə uyğun olaraq hökmün nəticəvi hissəsində hər bir cinayətə görə təyin edilmiş əsas və əlavə cəzaların növü və həddi, cinayətlərin məcmusu üzrə qəti cəzanın növü və miqdarı öz əksini tapmalıdır. Cinayətlərdən hər hansı heç birinə görə əlavə cəza təyin edilməmişdirsə, cinayətlərin məcmusu üzrə belə cəza növü tətbiq oluna bilməz.
İki və ya daha çox cinayətə görə əsas cəza ilə yanaşı eyni növ əlavə cəzalar təyin edilmişdirsə cəzaların tam və ya qismən toplanması zamanı onun qəti müddəti və ya miqdarı CM-nin Ümumi hissəsində bu əlavə cəza növü üçün nəzərdə tutulmuş həddən çox ola bilməz. Məcmuya daxil olan ayrı-ayrı cinayətlərə görə müxtəlif növ əlavə cəzalar təyin edilmişdirsə, onlar cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilən hallarda da müvafiq müddət və miqdar göstərilməklə hökmdə əks etdirilməlidir.
Eynilə təqsirləndirilən şəxsə cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzaların təyin edilməsi zamanı Cinayət Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulmuş cəzaların hər ikisi təyin edilə bilər bir şərtlə ki, ayrı-ayrı cinayətlərin törədilməsinə görə həmin cəzalar təyin edilmiş olsun. Belə hallarda şəxs müəyyən vəzifə tutmaq hüququ ilə yanaşı müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə və yaxud bir neçə vəzifəni tutmaq və ya müxtəlif növ fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə bilər. [20]
25. Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər.
Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər.
Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur.
Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.
Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. [21]
26. CM-nin 71-ci maddəsinə uyğun olaraq şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri sınaq müddəti ərzində yerinə yetirməkdən mütəmadi və ya qərəzli surətdə boyun qaçırdıqda, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkumetmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarmağa haqlıdır.
Burada mütəmadilik dedikdə şərti məhkum edilən şəxsə qadağan olunmuş hərəkətlərə il ərzində iki dəfədən çox yol verilməsi və ya etməli olduğu hərəkətlərin il ərzində iki dəfədən çox yerinə yetirilməməsi, yaxud məhkəmələr tərəfindən üzərinə qoyulmuş vəzifələrin 30 gündən çox müddətə ardıcıl icra olunmaması, qərəzlilik dedikdə isə bu vəzifələrin şərti məhkumetmənin çəkilmə qaydasının təkrar pozulmasına yol verməmək barədə nəzarət orqanı tərəfindən edilən yazılı xəbərdarlıqdan sonra da təkrar yerinə yetirilməməsi və ya şərti məhkum edilən şəxsin nəzarətdən gizlənməsi nəzərdə tutulur.
CM-nin 70.4-cü maddəsinə uyğun olaraq barəsində sınaq müddətinin ən yuxarı həddi təyin edilmiş şərti məhkum edilən şəxs üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə inzibati tənbehə məruz qalmışsa məhkəmə onun davranışını və şəxsiyyətini səciyyələndirən başqa məlumatları nəzərə alaraq CM-nin 71.2-ci maddəsinə əsasən sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.
Şərti məhkum edilmiş şəxs, o cümlədən Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə uyğun olaraq barəsində sınaq müddətinin ən yuxarı həddi təyin edilmiş şəxs üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə inzibati tənbehə məruz qalmışsa məhkəmə Cinayət Məcəlləsinin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında onun davranışını və şəxsiyyətini səciyyələndirən başqa məlumatları da nəzərə alaraq sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. [22]
27. Sınaq müddəti ərzində ehtiyatsızlıqdan və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət etmiş şəxs barəsində şərti məhkum etmənin ləğvi və ya qüvvədə saxlanılması məsələsinə baxarkən birinci və ya ikinci cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və sınaq müddəti ərzində davranışı barədə məlumatlar nəzərə alınmalıdır. Belə məlumatların aydınlaşdırılması üçün zəruri olduqda şərti məhkum edilmiş şəxsin davranışı üzərində nəzarəti həyata keçirən dövlət orqanının nümayəndəsi məhkəməyə çağrıla bilər. Şərti məhkum edilən şəxsin sınaq müddəti ərzində özünü mənfi tərəfdən səciyyələndirdiyi, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, ictimai qaydanı pozduğu və s. müəyyən edilərsə məhkəmə CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkumetməni ləvğ edə (qəbul edilmiş qərarı əsaslandırmaqla) və hökmlərin məcmusu üzrə cəza təyin edə bilər.
Məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir.
Şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur.
28. Məhkəmələr məhkumlara cəza növü və həddi ilə, o cümlədən CM-nin 60, 63 və 65-ci maddələrinin tətbiqi ilə bağlı məsələlər üzrə nəticələrini CPM-nin 353.2-ci maddəsinə uyğun olaraq hökmdə əsaslandırmalıdırlar.
Cəza təyini məsələsi hökmdə elə formada əks olunmalıdır ki, icra zamanı onun növü və ya həddinə münasibətdə heç bir şübhə meydana çıxmasın. CPM-nin 353.4-cü maddəsinə uyğun olaraq hökmün nəticəvi hissəsində hər bir cinayət üzrə məhkuma təyin olunan əsas və əlavə cəzaların növləri və miqdarları, cinayətlərin və hökmlərin məcmusu üzrə məhkumun çəkməli olduğu əsas və əlavə cəzaların növü və miqdarı öz əksini tapmalıdır.
Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir.
29. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında" 1997-ci il 30 dekabr tarixli 3 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
S.C.HƏSƏNOVA
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 1-1, 2-1, 2-2 və 2-3-cü bəndlər əlavə edilmişdir.
[2]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 3-cü bəndin 3-cü abzası yeni redaksiyada (3-cü və 4-cü abzaslar şəklində) verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması və ya CM-nin 53.5-ci maddəsində sadalanan sosial qruplardan olması özü-özlüyündə ona maddənini sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda və həmin sosial qrupdan olan məhkuma ağır cəza verilməsinə əsaslar olmadıqda yuxarıda qeyd edilən hallar işin müstəsna halı kimi və CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verən amil kimi qiymətləndirilə bilərlər.
[3]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 3-1 və 3-2-ci bəndlər əlavə edilmişdir.
[4]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 4-cü bənddə 2, 3 və 4-cü abzaslar yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
CM-nin 59.1.9-cu maddəsilə nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Bu zaman nəzərə almaq lazımdır ki, şübhəli şəxs kimi saxlandığı zaman təqsirkarın cinayət hadisəsi törətməkdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilə bilməz.
Cinayət törədilməsi faktı üzrə başlanmış iş üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmişdirsə, şəxsin bu əməli onun tərəfindən törədilməsi barədəki ərizəsi və ya məlumatı könüllü gəlib təqsirini boynuna almaq kimi qiymətləndirilməlidir. Artıq cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi də könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir.
Cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən könüllü gəlib təqsirini boynuna alma kimi yüngülləşdirici hall yalnız təqsirkarın özünün etiraf etdiyi cinayətlərlə əlaqədar nəzərə alınmalıdır.
[5]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 5-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
5.Qanunun mənasına görə CM-nin 60-cı maddəsində müəyyən olunan qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər. Cəzanı ağırlaşdıran hallar dedikdə CM-nin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-nin 59.1.9 və 59.1.10-cu maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-nin 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin bu zaman CM-nin 62-ci maddəsinə mütləq istinad edilməlidir.
CM-nin 59.1.9 və 59.1.10-cu maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
[6]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 5-1 və 5-2-ci bəndlər əlavə edilmişdir.
[7]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 7-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
7. Cinayətlərin residivinin qanunla (CM-nin 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-nin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir.
CM-nin 18-ci maddəsinin mənasına görə cinayətlərin residivinin mövcudluğu məsələsi həll edilərkən qəsdən törədilən cinayətlərə görə məhkum olunmuş şəxsin bu cinayətlərdən hər hansı birinin törədilməsində icraçı və iştirakçı olması, yaxud törətdiyi cinayətin başa çatıb-çatmamasının əhəmiyyəti yoxdur. Həm də nəzərə almaq lazımdır ki, CM-nin 18.4-cü maddəsinə görə yetkinlik yaşına çatmayana qədər törədilmiş cinayətlərə görə məhkumluqlar resedivin müəyyən edilməsi zamanı nəzərə alınmır.
2000-ci ilin sentyabrın 01-dən əvvəl qəsdən törədilən cinayətlərə görə məhkumluqlar ödənmədikdə və ya götürülmədikdə həmən tarixdən sonra qəsdən cinayətlərin törədilməsi cinayətin residivini yaradır.
[8]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 8-ci bəndin 4-cü abzası yeni redaksiyada verilmiş, 5-ci abzas isə həmin bənddən çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
CM-nin 62.1-ci maddəsinin mənasına görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ, daha yüngül cəzaların olması (məsələn, CM-nin 177.2 və 178.2-ci maddələri) həmin maddədə müəyyən edilmiş hər hansı cəza növünün aşağı həddindən də az cəza təyin edilməsinə mane olmur.
[9] 3-cü abzas iki dəfə qeyd olunur
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 9-cu bəndin 2-ci abzasından sonra 3-cü və 4-cü abzaslar əlavə edilmiş, mövcud redaksiyanın 3-cü abzası 5-ci abzas hesab edilmişdir.
[10]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 11-ci bəndin 2-ci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilən qaydalar yalnız o vaxt tətbiq edilir ki, CM-nin Xüsusi hissəsinin maddəsi şəxsin məhkumluğunu yeni törədilmiş cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutsun. (məsələn, 177.3.3 və 178.3.3-cü maddələri) CM-nin 65.3-cü maddəsinin qaydaları digər ağırlaşdırıcı əlamətlər, məsələn təkrarlıq barəsində tətbiq olunmur. Müstəsna hallar (CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri- əsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticəvi hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir.
[11]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 13-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
13. Bir neçə cinayət törədilməsində təqsirli bilinən şəxs onlardan heç birinə görə məhkum edilmədikdə və onun hərəkətləri cinayətin təkrar törədilməsi kimi tövsüf olunmuşdursa (məsələn, CM-nin 120.2.10-cu, 177.2.2-ci maddələri) cəza təyin edilərkən həmin hal CM-nin 61.3-cü maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdursa və CM-nin 59.1.9-cu və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda CM-nin 60-cı maddəsinin göstərişinə uyğun olaraq təyin edilən cəzanın müddəti və miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasını nəzərdə tutan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
Əvvəlki məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin əməli cinayətin təkrar törədilməsi əlaməti üzrə tövsif edilmişdirsə, cinayətlərin residivinin, (o cümlədən hansı növünün) olub-olmaması CM-nin 18-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir.Cinayətlərin residivi müəyyən olunduqda CM-nin 60-cı maddəsinin müddəaları tətbiq edilmir, belə ki, burada CM-nin 61.1.1-ci maddəsində göstərilən ağırlaşdırıcı hal (cinayətlərin residivi) mövcuddur. Belə hallarda əgər CM-nin Xüsusi hissəsinin maddəsi cinayət törətmiş şəxsin məhkumluğunu ağırlaşdırıcı əlamət kimi göstərmirsə və müstəsna hallar (CM-nin 62-ci maddəsi) yoxdursa cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır.
[12]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 14-cü bəndin ikinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanmasını istisna etmədiyindən belə hallarda CM-nin 68-ci maddəsi ilə müəyyən edilən qaydalar rəhbər tutulmalıdır. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü müəyyən edilmişsə CM-nin 66.2-ci maddəsinə əsasən cəzalar birləşdirilərkən məhkəmələr qəti cəza təyini üçün seçilmiş qaydadan asılı olaraq cərimə cəzasının daha ciddi cəza ilə əhatə edilməsi və ya cəzaların toplanması barədə qərar qəbul edə bilər. Cəzalar toplanarkən CM-nin 68.2-ci maddəsinin belə bir müddəasını rəhbər tutmaq lazımdır ki, bu halda cərimə cəzası müstəqil icra olunur.
[13]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 15-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
15. Şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza CM-nin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza CM-nin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-nin 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun təyin edilmiş azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti törədilmiş cinayətlərdən daha ağırı üçün CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilən cəzanın yuxarı həddindən, CM-nin 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş cəzanın müddəti isə 15 ildən çox ola bilməz.
Bir və ya bir neçə cinayətlərə görə CM-nin 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edildikdə də həmin qaydalar tətbiq edilir.
[14]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 16-cı bənddə “CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər”, sözləri “Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər” sözləri ilə əvəz edilmişdir.
[15]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 19-cu bəndin 1-ci abzasının 2-ci cümləsində “hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar” sözləri “hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri ilə əvəz edilmişdir.
[16]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 20-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
20. CM-nin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır.
[17]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 21-ci bəndin 4-cü abzasında "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 35-ci maddəsinə əsasən” sözləri "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə və 30-cu maddəsinə əsasən” sözləri ilə əvəz edilmiş, 5-ci abzas isə 21-ci bənddən çıxarılmışdır.
[18]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 22-ci bəndin 2-ci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
CM-nin 49.3-cü maddəsinə uyğun olaraq şəxs islah işlərini çəkməkdən qəsdən boyun qaçırdıqda məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edə bilər (üç gün islah işlərini bir gün azadlıqdan məhrumetmə ilə əvəz etməklə). Bu qayda həm də o halda tətbiq olunur ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasındakı azadlıqdan məhrumetmə cəzasının müddəti islah işləri bu növ cəza ilə əvəz edildikdən sonra müəyyən edilən müddətdən az olsun, yaxud maddənin sanksiyasında ümumiyyətlə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasın.
[19]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 23-cü bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
23. Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Yalnız müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası CM-nin Xüsusi hissəsinin maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulmuşdursa, onun əlavə cəza qismində tətbiqinə yol verilmir.
CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz.
Maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın.
Məhkəmələrə həmçinin tövsiyə edilir ki, müvafiq hallar olduqda və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəza təyin edərkən əsas peşəsi nəqliyyat vasitəsini idarə etmə olan şəxslər barəsində bu növ əlavə cəzanın tətbiqinin məqsədə uyğunluğu məsələsini müzakirə etsinlər.
[20]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 24-cü bəndin 1-ci abzasının 2-ci cümləsində “hər hansı” sözləri “heç” sözü ilə əvəz edilmiş və həmin bəndə 3-cü abzas əlavə edilmişdir.
[21]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 25-ci bəndin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılmış və 5-ci abzas əlavə edilmişdir.
[22]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 26-cı bəndin 3-cü abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
CM-nin 70.4-cü maddəsinə uyğun olaraq barəsində sınaq müddətinin ən yuxarı həddi təyin edilmiş şərti məhkum edilən şəxs üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə inzibati tənbehə məruz qalmışsa məhkəmə onun davranışını və şəxsiyyətini səciyyələndirən başqa məlumatları nəzərə alaraq CM-nin 71.2-ci maddəsinə əsasən sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.
Göstərilən platformalarda paylaş: