Şagirdlər “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar
24.04.2026, 15:06“Oxbridge Academy”nin şagirdləri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Şagirdlər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Rəşad Həsənov şagirdlərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət idarəçiliyində yeri və rolu, habelə qanunvericilik və məhkəmə təcrübəsi barədə məlumat verib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.
Göstərilən platformalarda paylaş: