ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

23.02.2023, 12:47
Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Planın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

PDF Word

Məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə

Planın təsdiq edilməsinə dair

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

 

QƏRARI

 

“ 20 ” fevral 2023-cü il                              № 7                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistematik xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 2.1-ci bəndini rəhbər tutaraq

 

 Q Ə R A R A  A L D I :

 

“Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 20 fevral tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan təsdiq edilsin.

 “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 20 fevral tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə

 

PLAN:

 

Əhatə dairəsi: Ağır cinayətlər məhkəmələri; apellyasiya instansiyası məhkəmələri;

Aparılma üsulları:

1. Məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanması;

2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi;

3. Bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi üsulundan istifadə edilməsi;

 

Müddəti: 1 il

 

Başlanma müddəti: 01.05.2023;

Bitmə müddəti:        01.05.2024;

 

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri                                                                          Ramiz Rzayev