ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Təlim kursunu uğurla bitirmiş vəkillərə Avropa Şurasının HELP Tədris Proqramının sertifikatları təqdim edilmişdir

12.07.2021, 15:00
Təlim kursunu uğurla bitirmiş vəkillərə Avropa Şurasının HELP Tədris Proqramının sertifikatları təqdim edilmişdir
Təlim kursunu uğurla bitirmiş vəkillərə Avropa Şurasının HELP Tədris Proqramının sertifikatları təqdim edilmişdir

Avropa Şurasının HELP Tədris Proqramı üzrə “İnsan Hüquqlarına dair Avropa Konvensiyasına və Avropa Məhkəməsinə giriş” mövzusunda təlim kursu Avropa Şurası, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Vəkillər Kollegiyası tərəfindən birgə təşkil edilmiş və həyata keçirilmişdir.

Onlayn formatda keçirilmiş təlim kursu 28 aprel 2021-ci il tarixdən 4 iyul 2021-ci il tarixədək davam etmiş, təlimi Ali Məhkəmənin hakimi İlkin Rəcəbov və Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov aparmışlar. 38 vəkilin qoşulduğu kursun proqramı aşağıda qeyd edilən 3 əsas mövzudan ibarət olmuşdur:

  • İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya;
  • İnsan Hüquqları üzrə Avropa Məhkəməsi;
  • İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının İcrası.

Hər bir mövzu altında kurs iştirakçılarına interaktiv təlim keçirilmiş, onlara  Avropa Məhkəməsinin iş fəaliyyətinin təşkili, Azərbaycan Respublikasının Avropa Məhkəməsi ilə əlaqələri, Avropa Konvensiyasının təməl prinsipləri, onun ölkəmizdə tətibiqi, Azərbaycanla bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı əlavə materiallar təqdim edilmişdir. Hər bir mövzu ilə bağlı ayrı-ayrılıqda kazus və ya test üsulu ilə aralıq qiymətləndirmə aparılmışdır. Yekun olaraq, iştirakçılar kurs proqramı üzrə ümumi geniş testə cəlb edilmiş, nəticədə 24 iştirakçı lazımi keçid ballarını toplayaraq, kursu uğurla bitirmişlər.

12 iyul 2021-ci il tarixdə Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzində Avropa Şurasının Bakı Ofisinin müdiri Zoltan Hernyesin iştirakı ilə keçirilmiş mərasimdə Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov kursu uğurla bitirmiş vəkillərə Avropa Şurasının HELP Tədris Proqramının müvafiq sertifikatlarını təqdim etmişlər.