ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” adlı konfrans keçirilib

09.05.2023, 18:30

2023-cü il mayın 8-də Azərbaycan Respublikasının Ali Məhkəməsi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” mövzusunda konfrans keçirilib. 

ADA Universitetində təşkil edilən konfransda Universitetin prorektoru Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər, xüsusilə təhsil sahəsinə verdiyi töhfələr barədə danışıb. Ali Məhkəmə ilə əməkdaşlıq çərçivəsində görülən işlərə də toxunan F. İsmayılzadə keçirilən tədbirlərin tələbələr üçün faydalı olduğunu vurğulayıb. 

Sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov “Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda çıxış edib. Sədr qeyd edib ki, ölkəmizdə bütün sahələrin, o cümlədən məhkəmə hakimiyyətinin inkişafı müasir Azərbaycanın memarı Ulu Öndərin adı ilə bağlıdır. Çünki Ümummilli Lider parçalanmış, hər sahədə tənəzzül yaşayan Azərbaycandan yeni, qüdrətli Azərbaycan yaratdı. Onun rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görüldüyünü diqqətə çatdıran İnam Kərimov bildirib ki, məhkəmə hakimiyyətində islahatlar bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Ali Məhkəmənin sədri deyib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük qələbəsindən sonra regionda yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Həm ölkəmiz, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlir. Elm və texnologiya əsrində məhkəmə sistemi olaraq çağırışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi, bununla da məhkəmə proseslərində çevikliyin artırılması zamanın tələbidir. 

İnam Kərimov vurğulayıb ki, ölkənin ümumi inkişafında olduğu kimi, məhkəmələrin də inkişafında yüksək peşəkarlığa malik kadrların rolu böyükdür. Bu işdə təhsil ocaqlarının üzərinə böyük iş düşür. Ölkəmizdə məhkəmə sisteminin gələcəyi həm də bu günün tələbələri olan gələcək hüquqşünaslardan asılıdır. Ali Məhkəmə də öz növbəsində ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarının hüquq fakültələri ilə sıx əlaqə quraraq, gələcəyin hüquqşünaslarının tədris proqramlarına fəal dəstək verməyə hazırdır.

Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda qanunun aliliyinin təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, konstitusiyanın qəbul edilməsi və digər sahələrdə həyata keçirdiyi fəaliyyət barədə danışıb. Bildirilib ki, bu proses hələ 1993-cü ildə - Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlayıb. Demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə yönəlik islahatlar Ulu Öndərin siyasi xəttinin əsasını təşkil edirdi.

Sonra Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyası İnsan Hüquqları üzrə Alt-Komitəsinin sədri Kamal Cəfərov çıxış edib və Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərinə toxunub. O, siyasi əqidəsindən, vəzifəsindən asılı olmayaraq, bütün hüquqşünasların hər zaman Heydər Əliyev ideyalarına sadiq qalacağına əminliyini ifadə edib. 

Daha sonra ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov “Hüquq təhsilinin müasir hüquqi dövlətdə rolu” mövzusunda çıxış edib. 

Konfransda həmçinin Azərbaycanda fəaliyyət göstərən universitetlərin Hüquq fakültələrinin tələbələrinin müxtəlif mövzularda çıxışları dinlənilib.