Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq çərçivəsində Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” ilə bağlı layihəsinin icrası ilə əlaqədar “Məhkəmə orqanları üçün kommunikasiya strategiyası” üzrə müvafiq CEPEJ alətləri barədə video-görüş keçirilmişdir
27.07.2020, 12:092020-ci il iyulun 3-də “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” layihəsinin icrası ilə əlaqədar “Məhkəmə orqanları üçün kommunikasiya strategiyası” üzrə müvafiq CEPEJ alətlərinin müzakirəsinə həsr olunmuş video-görüş keçirilmişdir.
Video-görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elvin Hətəmzadə, Avropa Şurasının Bakıdakı ofisinin layihələr üzrə baş mütəxəssisi Vəfa Rövşənova və Layihə üzrə milli məsləhətçisi Leyla Mədətli iştirak etmişlər.
Çingiz Əsgərov məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası məhkəmələrin, o cümlədən Ali Məhkəmənin fəaliyyətində aparılan məhkəmə-hüquq islahatları və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yeni yanaşmaların tətbiqi barədə məlumat vermişdir.
Görüşdə həmçinin, Ali Məhkəmənin fəaliyyəti barədə ictimaiyyəti tam və dolğun məlumatlandırılması üzrə işlərin həyata keçirilməsi və 2018-ci ilin dekabr ayında qəbul olunmuş “Media ilə kommunikasiya üzrə CEPEJ təlimatında” təsbit olunmuş prinsiplərin Ali Məhkəmə fəaliyyətində tətbiqi barədə məlumat verilmişdir.
Göstərilən platformalarda paylaş: