“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
“19” may 2023-cü il № 10/2023 Bakı şəhəri
İnzibati mübahisələrə dair işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək, bu sahədə məhkəmə qərarlarının icrasında yaranmış mövcud problemləri vaxtında aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də həmin məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərar qəbul olunmuş və həmin qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan təsdiq edilmişdir.
Bu Plana uyğun olaraq sözügedən sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə inzibati mübahisələrə dair qəbul edilmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi vəziyyətinin öyrənilməsi üçün respublikanın bütün inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə 2022-ci ilin 1 yanvar tarixindən 2023-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində, yəni 1 il müddətində məhkəmələrin fəaliyyətinin monitorinqi həyata keçirilmişdir.
Monitorinqin nəticələrini müzakirə edib “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”nın 5.6-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
Qərara aldı:
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri təsdiq edilsin.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri İnam Kərimov
AZƏRBAYCAN RESPUBLİKASININ
ALİ MƏHKƏMƏSİ
“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair
ARAYIŞ
Əhatə dairəsi: inzibati məhkəmələr və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları
Aparılma üsulu: Məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi üsulu ilə
Müddəti: 1 il
Başlanma müddəti: 1 yanvar 2022-ci il
Bitmə müddəti: 1 yanvar 2023-cü il
A. GİRİŞ
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 1706 nömrəli Sərəncamına əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1708-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası” hazırlanmış və 2020-ci il 29 fevral tarixli 1 nömrəli qərarla təsdiq edilmişdir.
Həmin Qaydaya əsasən, məhkəmə fəaliyyətinin monitorinqi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun maddi və prosessual normaların tətbiqi üzrə izahını nəzərdə tutan qərarının məhkəmələrdə tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi sahəsində Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən planlaşdırılan və kompleks şəkildə həyata keçirilən fəaliyyətdir.
Monitorinq məhkəmələrdə işlərə baxılarkən hüququn tətbiqində dərin və uzunmüddətli fərqli yanaşmaların olub-olmadığını, qanunvericiliyin və Plenumun qərarının vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin edib-etmədiyini, sözügedən mexanizmlərin məhkəmələr tərəfindən işlərə baxılarkən tətbiq edilib-edilmədiyini və əgər tətbiq edilirsə, nə dərəcədə səmərəli olmasını, eləcə də Plenumun qərarının özündə hər hansı əlavə və dəyişikliklərin edilməsinə ehtiyacın yaranıb-yaranmadığını müəyyənləşdirməyə imkan verməlidir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanununun 2011-ci ilin 1 yanvar tarixdən etibarən eyni anda qüvvəyə minməsi ilə respublikada inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılmışdır. Həyata keçirilən köklü məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə inzibati məhkəmə icraatı sahəsində normativ bazanın formalaşdırılması prosesi daim təkmilləşdirilmiş, məhkəmə sistemində mərhələli şəkildə keçidlə tam ixtisaslaşmanın yaradılması təmin edilərək, inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit olunmuşdur.
Məhz inzibati məhkəmələrin fəaliyyəti nəticəsində hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqanların fəaliyyəti hüquqi normalar vasitəsi ilə müəyyən çərçivəyə salınır, qanunsuz inzibati aktlar və faktiki xarakterli hərəkətlər maraqlı şəxslərin iddiası əsasında məhkəmə qaydasında ləğv olunur. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətinin təmin edilməsi son nəticədə dövlətin Konstitusiya ilə üzərinə götürdüyü qanunun aliliyini təmin edən hüquqi dövlət qurmaq, demokratik quruluşa təminat vermək, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarına əməl etməyə və onları qorumağa dair öhdəliklərin reallaşdırılmasını təmin edir.
İnzibati mübahisələrə baxılması nəticəsində çıxarılmış qərarların vaxtında və düzgün icrasını təmin etmək, bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquq müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 2021-ci il 19 noyabr tarixli Qərar qəbul edilmiş, eyni zamanda həmin Qərarın tətbiqi ilə bağlı “Monitorinqin aparılması üzrə plan” təsdiq olunmuşdur.
Monitorinq inzibati mübahisələrə dair çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş normaların məhkəmələr tərəfindən Plenum qərarında verilmiş izahlar nəzərə alınmaqla tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi məqsədilə həyata keçirilmişdir. Monitorinqin inzibati məhkəmələri və apellyasiya instansiyası məhkəmələrini əhatə etməklə, 2022-ci ilin yanvar ayının 1-dən başlamaqla 2023-cü ilin yanvar ayının 1-dək olan dövr ərzində 1 (bir) il müddətində məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanılması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi üsulları vasitəsilə həyata keçirilmişdir.
Qeyd olunan qərarın icrasını təmin etmək məqsədi ilə 2022-ci il 1 yanvar tarixdən 2023-cü il 1 yanvar tarixədək inzibati mübahisələrə dair çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı anketlər (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğular) doldurularaq məhkəmələrin sədrləri tərəfindən imzalandıqdan sonra həmin anket məlumatlarının nəticələrinin ümumiləşdirilməsinə dair vahid arayışla birlikdə kağız və elektron daşıyıcılarda Ali Məhkəməyə göndərilmişdir.
1 yanvar 2022-ci il tarixdən icraya yönəldilmiş məhkəmə aktları barədə statistik təhlil
I Fəsil
1. STATİSTİK TƏHLİL
Azərbaycan Respublikasının inzibati məhkəmələri üzrə:
Azərbaycan Respublikasının inzibati məhkəmələri tərəfindən baxılmış inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı 5380 anket daxil olmuş, onlardan
- Bakı İnzibati Məhkəməsindən 2797 anket,
- Gəncə İnzibati Məhkəməsindən 953 anket,
- Sumqayıt İnzibati Məhkəməsindən 876 anket,
- Şəki İnzibati Məhkəməsindən 513 anket,
- Şirvan İnzibati Məhkəməsindən 223 anket,
- Naxçıvan İnzibati Məhkəməsindən 18 qərar.
Ümumilikdə Azərbaycan Respublikasının inzibati məhkəmələri tərəfindən baxılmış inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı 5380 qərar üzrə anket daxil olmuş, həmin qərarların inzibati məhkəmələr üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
2. Ölkə üzrə inzibati məhkəmələrdə olan icra işlərinə dair hesabat
2.1. Ümumi məlumat
2022-ci il ərzində inzibati məhkəmələr tərəfindən 5380 məhkəmə qərarı icraya yönəldilmiş, onlardan 5126 (95%) qərar icra edilmiş, 254 (5%) qərar icra edilməmişdir.
2.2. Ölkə üzrə İnzibati məhkəmələr tərəfindən icraya yönəlmiş 5380 qərarın inzibati orqanlara münasibətdə bölgüsü aşağıdakı kimi olmuşdur:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı sosial təminat və pensiya hüququ ilə bağlı – 833 qərar icraya yönəldilmiş, onlardan 773 qərar icra edilmiş, 60 qərar icra edilməmiş,
- Əmlak Məsələləri üzrə Dövlət Xidməti və onun tabeliyində olan orqanlara qarşı – 931 qərar icraya yönəldilmiş, onlardan 846 qərar icra edilmiş, 85 qərar icra edilməmiş,
- Müdafiə Nazirliyinə qarşı - 73 qərar icraya yönəldilmiş, onlardan 69 qərar icra edilmiş, 4 qərar icra edilməmiş,
- Vergi orqanlarına qarşı vergi mübahisələri ilə bağlı - 93 qərar icraya yönəldilmiş, onlardan 82 qərar icraya edilmiş, 11 qərar icra edilməmiş,
- Ədliyyə Nazirliyinə qarşı - 273 qərar icraya yönəldilmiş, onlardan 264 qərar icra edilmiş, 9 qərar icra edilməmiş,
- Daxili İşlər Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı – 2785 qərar icraya yönəldilmiş, onlardan 2766 qərar icra edilmiş, 19 qərar icra edilməmiş,
- Yerli özünüidarəetmə orqanlarına qarşı - 20 qərar icraya yönəldilmiş, onlardan 16 qərar icra edilmiş, 4 qərar icra edilməmiş,
- Yerli icra hakimiyyətlərinə qarşı - 168 qərar icraya yönəldilmiş, onlardan 133 qərar icra edilmiş, 35 qərar icra edilməmiş,
- Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı – 39 qərar icraya yönəldilmiş, onlardan 38 qərar icra edilmiş, 1 qərar icra edilməmiş,
- Mərkəzi Banka qarşı – 19 qərar icraya yönəldilmiş, onlardan 18 qərar icra edilmiş, 1 qərar icra edilməmiş,
- Fövqəladə Hallar Nazirliyinə qarşı - 3 qərar icraya yönəldilərək icra olunmuş,
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı - 12 qərar icraya yönəldilmiş, onlardan 11 qərar icra olunmuş, 1 qərar icra edilməmiş,
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı - 38 qərar icraya yönəldilmiş, onlardan 37 qərar icra edilmiş, 1 qərar icra edilməmiş,
- Maliyyə Nazirliyinə qarşı - 5 qərar icraya yönəldilərək icra olunmuş,
- Avtomobil Yolları Dövlət Agentliyinə qarşı - 9 qərar icraya yönəldilmiş, onlardan 4 qərar icra edilmiş, 5 qərar icra edilməmiş,
- Azərişıq” ASC-yə qarşı – 7 qərar icraya yönəldilmiş, onlardan 5 qərar icra edilmiş, 2 qərar icra edilməmiş,
- Digər inzibati orqanlara qarşı 72 məhkəmə qərarı icraya yönəldilmiş, onlardan 56 qərar icra edilmiş, 16 qərar icra edilməmişdir.
II Fəsil
3. Bakı İnzibati Məhkəməsi üzrə məhkəmə qərarlarının icra vəziyyəti
2022-ci il ərzində inzibati mübahisələrə dair işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsi tərəfindən 2797 iş üzrə məhkəmə aktının anket məlumatları Ali Məhkəməyə göndərilmişdir.
Bakı İnzibati Məhkəməsi tərəfindən 2022-ci ildə ümumilikdə 2797 qərar icraya yönəldilmiş, onlardan 2654 qərar icra edilmiş, 143 qərar icra edilməmişdir. Onlardan
- İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin icrasına dair 2762 qərar icraya yönəldilmiş, onlardan 2630 qərar icra edilmiş, 132 qərar icra edilməmiş,
- İnzibati orqanların xeyrinə icraya dair 8 qərar icraya yönəldilmiş, onlardan 4 qərar icra edilmiş, 4 qərar icra edilməmiş,
- İnzibati orqanlara qarşı pul tələblərinin icrasına dair 27 qərar icraya yönəldilmiş, onlardan 20 qərar icra edilmiş, 7 qərar icra edilməmişdir.
İcra edilməmiş 102 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmiş, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə 1 iş üzrə cərimə tətbiq edilmiş, 23 iş icra və probasiya şöbəsinə göndərilmişdir.
3.1 İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin)
icrasına dair hesabat
Bakı İnzibati Məhkəməsi tərəfindən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərlə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 2762 iş icraya yönəldilmiş, onlardan 2630 qərar icra edilmiş, 132 qərar icra edilməmişdir. İcrası təmin edilməmiş 99 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara ünvanlanmış, 5 qərar üzrə icra vərəqəsi verilmiş, eyni zamanda məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə 1 iş üzrə cərimə tətbiq edilmiş, onlardan:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan inzibati orqanlara qarşı 532 qərar icraya yönəldilmiş, onlardan 476 qərar icra edilmiş, 56 qərar icra edilməmişdir. İcra edilməmiş 56 qərardan 38 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmiş, 4 qərar üzrə icra vərəqəsi verilmiş, 1 iş üzrə isə cərimə qərardadı qəbul edilmişdir.
- Daxili İşlər Nazirliyi və onun tabeliyində olan inzibati orqanlara qarşı 1291 qərar icraya yönəldilmiş, onlardan 1276 qərar icra edilmiş, 15 qərar icra edilməmişdir. İcra edilməmiş 15 qərardan 4 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Əmlak Məsələləri Dövlət Xidməti və onun tabeliyində olan inzibati orqanlara qarşı 481 qərar icraya yönəldilmiş, onlardan 450 qərar icra edilmiş, 31 qərar icra edilməmişdir. İcra edilməmiş 31 qərardan 28 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmiş, 1 qərar üzrə icra vərəqəsi verilmiş və aidiyyəti icra qurumuna göndərilmişdir.
- Yerli icra hakimiyyəti orqanlarına qarşı 112 qərar icraya yönəldilmiş, onlardan 101 qərar icra edilmiş,11 qərar icra edilməmişdir. İcra edilməmiş 11 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Ədliyyə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 113 qərar icraya yönəldilmiş, onlardan 110 qərar icra edilmiş, 3 qərar icra edilməmişdir. İcra edilməmiş 3 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Elm və Təhsil Nazirliyinə və onun tabeliyində olan orqanlara qarşı 32 qərar icraya yönəldilərək icra edilmişdir.
- Müdafiə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 29 qərar icraya yönəldilərək icra olunmuşdur.
- Digər mərkəzi icra hakimiyyəti orqanları və onların tabeliyində olan orqanlara qarşı (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi) 7 qərar icraya yönəldilərək icra edilmişdir.
- Dövlət komitələrinə qarşı (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) 26 qərar icraya yönəldilmiş, onlardan 23 qərar icra edilmiş, 3 qərar icra edilməmişdir. İcra olunmamış 3 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Dövlət xidmətlərinə qarşı (Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) 15 qərar icraya yönəldilmiş, onlardan 13 qərar icra edilmiş, 2 qərar icra edilməmişdir. İcra olunmamış 2 iş üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmiş, 1 iş üzrə isə icra vərəqəsi verilmişdir.
- Bələdiyyələrə qarşı 7 qərar icraya yönəldilərək icra olunmuşdur.
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və onun tabeliyində olan inzibati orqanlara qarşı 62 qərar icraya yönəldilmiş, onlardan 59 qərar icra edilmiş, 3 qərar icra edilməmişdir. İcrası təmin olunmamış 3 iş üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmiş, 1 iş üzrə icra vərəqəsi verilmişdir.
- Publik hüquqi şəxslərin (Bakı Nəqliyyat Agentliyi, Milli Depozit Mərkəzi, Mərkəzi Bank, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) üzərinə qoyulmuş öhdəliklərlə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 39 iş icraya yönəldilmiş, onlardan 36 qərar icra edilmiş, 3 qərar icra edilməmişdir. İcrası təmin olunmamış 3 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Digər inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərlə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 16 qərar icraya yönəldilmiş, onlardan 11 qərar icra edilmiş, 5 qərar icra edilməmişdir. İcrası təmin olunmamış 5 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
3.2 İnzibati orqanların xeyrinə icraya dair
HESABAT
Bakı İnzibati Məhkəməsi tərəfindən inzibati orqanların xeyrinə icraya dair məhkəmə aktları üzrə 2022-ci ildə ümumilikdə 8 qərar icraya yönəldilmiş, onlardan 4 qərar icra edilmiş, digər 4 qərar icra edilməmişdir. İcrası təmin edilməmiş 4 qərardan 3 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin xeyrinə dair məhkəmə aktları üzrə 2022-ci ildə ümumilikdə 3 qərar icraya yönəldilmiş, onlardan 2 qərar icra edilmiş, 1 qərar icra edilməmişdir.
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və onun tabeliyində olan inzibati orqanların xeyrinə dair məhkəmə aktları üzrə 2022-ci ildə ümumilikdə 5 qərar icraya yönəldilmiş, onlardan 2 qərar icra edilmiş, 3 qərar icra olunmamışdır. İcra olunmamış 3 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
3.3. İnzibati orqanlara qarşı pul tələblərinin icrasına dair
HESABAT
Bakı İnzibati Məhkəməsi tərəfindən inzibati orqanlara qarşı pul tələblərinə dair iddialar üzrə 2022-ci ildə ümumilikdə 27 qərar icraya yönəldilmiş, onlardan 20 qərar icra edilmiş, 7 qərar icra edilməmiş, onlardan
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun tabeliyində olan orqanlara qarşı pul tələblərinə dair iddialar üzrə 2022-ci ildə ümumilikdə 7 qərar icraya yönəldilərək icra edilmişdir.
- Yerli icra hakimiyyəti orqanlarına qarşı pul tələblərinə dair iddialar üzrə 2022-ci ildə ümumilikdə 12 qərar icraya yönəldilmiş, onlardan 5 qərar icra edilmiş, 7 qərar icra edilməmişdir. Qeyd edilən 7 qərardan 3 qərar üzrə icra vərəqəsi verilmiş və aidiyyəti icra qurumlarına göndərilmişdir.
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı pul tələblərinə dair iddialar üzrə ümumilikdə 2 qərar icraya yönəldilərək icra edilmişdir.
- Azərbaycan Avtomobil Yolları Agentliyinə və Mərkəzi Banka qarşı pul tələblərinə dair iddialar üzrə 5 qərar icraya yönəldilərək icra edilmişdir.
- Dövlət Sərhəd Xidmətinə qarşı pul tələblərinə dair iddialar üzrə 1 qərar icraya yönəldilərək icra edilmişdir.
4. Bakı İnzibati Məhkəməsi tərəfindən icra edilməmiş 143 qərar üzrə statistik təhlil:
4.1. İcra edilməmiş qərarların müddətlər üzrə diaqramı:
4.2. İcra edilməmiş qərarların ümumi diaqramı:
4.3. İnzibati orqanlar üzrə icra edilməmiş qərarlar
4.4. Aylar üzrə icra edilməmiş qərarların diaqramı
4.5. Bakı İnzibati Məhkəməsi tərəfindən 22 iş üzrə cavabdeh inzibati orqanlara cərimələr tətbiq edilmişdir.
5 iş üzrə rayon icra hakimiyyətlərinə qarşı cərimələr tətbiq edilmişdir:
- 2 iş üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (hər iş üzrə 500 (beş yüz) manat məbləğində),
- 1 iş üzrə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti 1000 (min) manat məbləğində,
- 1 iş üzrə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti 500 (beş yüz) manat məbləğində,
- 1 iş üzrə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir.
- 14 iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- 2 iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (hər iş üzrə 200 (iki yüz) manat məbləğində),
- 8 iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (hər iş üzrə 500 (beş yüz) manat məbləğində),
- 2 iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (hər iş üzrə 200 (iki yüz) manat məbləğində),
- 1 iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (300 (üç yüz) manat məbləğində),
- 1 iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (300 (üç yüz) manat məbləğində) cərimə tətbiq edilmişdir
- 2 iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (hər iş üzrə 500 (beş yüz) manat məbləğində) cərimə tətbiq edilmişdir.
- 1 iş üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1000 (min) manat məbləğində cərimə tətbiq edilmişdir.
III Fəsil
5. Gəncə İnzibati Məhkəməsi üzrə məhkəmə qərarlarının icra vəziyyəti
2022-ci il ərzində inzibati mübahisələrə dair çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsi tərəfindən 953 iş üzrə məhkəmə aktının anket məlumatları Ali Məhkəməyə göndərilmişdir.
Gəncə İnzibati Məhkəməsi tərəfindən 2022-ci ildə ümumilikdə 953 iş icraya yönəldilmiş, onlardan 902 qərar icra edilmiş, 51 qərar icra edilməmiş, onlardan:
- İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin icrasına dair 945 qərar, onlardan 899 qərar icra edilmiş, 46 qərar icra edilməmiş,
- İnzibati orqanlara qarşı pul tələblərinin icrasına dair 8 qərar, onlardan 3 qərar icra edilmiş, 5 qərar icra edilməmişdir.
5.1 İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair hesabat
Gəncə İnzibati Məhkəməsi tərəfindən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərlə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 945 qərar icraya yönəldilmiş, onlardan 899 qərar icra edilmiş, 46 qərar icra edilməmişdir.
İcrası təmin edilməmiş qərarlardan 39 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara ünvanlanmış,
- məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə cərimə tətbiq edilməmişdir.
- 4 iş icra və probasiya şöbəsinə göndərilmişdir.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan inzibati orqanlara qarşı 77 qərar icraya yönəldilmiş, onlardan 76 qərar icra edilmiş, 1 qərar icra edilməmişdir.
- Daxili İşlər Nazirliyi və onun tabeliyində olan inzibati orqanlara qarşı 672 qərar icraya yönəldilərək icra olunmuşdur.
- ƏMDX və onun tabeliyində olan inzibati orqanlara qarşı 84 qərar icraya yönəldilmiş, onlardan 56 qərar icra edilmiş, 28 qərar icra edilməmişdir. İcra edilməmiş 28 qərardan 26 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Yerli icra hakimiyyəti orqanlarına qarşı 22 iş icraya yönəldilmiş, onlardan 10 qərar icra edilmiş, 12 qərar icra edilməmiş,
- Ədliyyə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 46 qərar icraya yönəldilmiş, onlardan 45 qərar icra edilmiş, 1 qərar icra edilməmişdir. İcra edilməmiş 1 qərar üzrə xəbərdarlıq məktubu inzibati orqana göndərilmişdir.
- Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 5 qərar icraya yönəldilmiş, onlardan 4 qərar icra edilmiş, 1 qərar icra edilməmişdir.
- Müdafiə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 28 qərar icraya yönəldilmiş, onlardan 24 qərar icra edilmiş, 4 qərar icra edilməmişdir.
- Digər mərkəzi icra hakimiyyəti orqanları və onların tabeliyində olan orqanlara qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) 3 qərar icraya yönəldilərək icra olunmuşdur.
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 3 qərar icraya yönəldilərək icra olunmuşdur.
- Bələdiyyələrə qarşı 2 qərar icraya yönəldilmiş, onlardan 1 qərar icra edilmiş, 1 qərar icra edilməmişdir.
- Dövlət Vergi Xidməti və onun tabeliyində olan inzibati orqanlara qarşı 5 qərar icraya yönəldilərək icra olunmuşdur.
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2 qərar icraya yönəldilmiş, onlardan 1 qərar üzrə sonradan apellyasiya şikayəti daxil olduğu üçün müvafiq məlumat verməklə, iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İcrası təmin edilməmiş digər iş üzrə xəbərdarlıq məktubu inzibati orqana göndərilmişdir.
-“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı 1 qərar icraya yönəldilərək icra olunmuşdur.
- “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə qarşı 1 qərar icraya yönəldilmiş və icra edilməmişdir. Həmin qərar üzrə icra vərəqəsi verilmiş və aidiyyəti icra qurumuna təqdim edilmişdir.
- Avtomobil Yolları Dövlət Agentliyinə qarşı 1 qərar icraya yönəldilərək icra olunmuşdur.
6. Gəncə İnzibati Məhkəməsi tərəfindən icra edilməmiş 51 qərar üzrə statistik təhlil:
6.1. İcra edilməmiş qərarların müddətlər üzrə diaqram
6.3. İnzibati orqanlar üzrə icra edilməmiş qərarlar.
6.4. Aylar üzrə icra edilməmiş qərarların diaqramı
IV Fəsil
7. Sumqayıt İnzibati Məhkəməsi üzrə məhkəmə qərarlarının icra vəziyyəti
2022-ci il ərzində inzibati mübahisələrə dair işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 876 iş üzrə məhkəmə aktının anket məlumatları Ali Məhkəməyə göndərilmişdir.
Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 2022-ci ildə ümumilikdə 876 qərar icraya yönəldilmiş, onlardan 841 qərar icra edilmiş, 35 qərar icra edilməmişdir. Onlardan
- İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin icrasına dair 870 qərar icraya yönəldilmiş, onlardan 839 qərar icra edilmiş, 31 qərar icra edilməmiş,
- İnzibati orqanlara qarşı pul tələblərinin icrasına dair 6 qərar icraya yönəldilmiş, onlardan 2 qərar icra edilmiş, 4 qərar icra edilməmişdir.
7.1. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair hesabat
Sumqayıt İnzibati Məhkəməsi tərəfindən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin icrası ilə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 870 qərar icraya yönəldilmiş, onlardan 839 qərar icra edilmiş, 31 qərar icra edilməmişdir.
- İcrası təmin edilməmiş 31 iş üzrə xəbərdarlıq məktubları inzibati orqanlara ünvanlanmış,
- Məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə 1 iş üzrə cərimə tətbiq edilməsi ilə bağlı qərardad qəbul edilmişdir.
- 3 iş icra və probasiya şöbəsinə göndərilmiş, onlardan heç birinin icrası təmin edilməmişdir.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 69 qərar icraya yönəldilmiş, onlardan 67 qərar icra edilmiş, 2 qərar icra edilməmişdir. İcra edilməmiş 2 qərardan hər ikisi üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Daxili İşlər Nazirliyi və onun tabeliyində olan inzibati orqanlara qarşı 453 qərar icraya yönəldilərək icra olunmuşdur.
- Əmlak Məsələləri üzrə Dövlət Xidməti və onun tabeliyində olan orqanlara qarşı 220 qərar icraya yönəldilmiş, onlardan 204 qərar icra edilmiş, 16 qərar icra edilməmişdir. İcra edilməmiş 16 qərardan hər bir iş üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Yerli icra hakimiyyəti orqanlarına qarşı 14 qərar icraya yönəldilmiş, onlardan 9 qərar icra edilmiş, 5 qərar icra edilməmişdir. İcrası təmin edilməmiş 5 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Ədliyyə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 66 qərar icraya yönəldilmiş, onlardan 62 qərar icra edilmiş, 4 qərar icra edilməmişdir. İcrası təmin edilməmiş 4 qərar üzrə xəbərdarlıq məktubları inzibati orqanlara göndərilmişdir.
- Elm və Təhsil Nazirliyinə və onun tabeliyində olan orqanlara qarşı 1 qərar icraya yönəldilərək icra olunmuşdur.
- Müdafiə Nazirliyi və onun tabeliyində olan orqanların üzərinə qoyulmuş öhdəliklərlə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 8 qərar icraya yönəldilərək icra olunmuşdur.
- Digər orqanların (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və s.) üzərinə qoyulmuş öhdəliklərlə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 19 qərar icraya yönəldilmiş, onlardan 17 qərar icra edilmiş, 2 qərar icra edilməmişdir.
- Bələdiyyələrə qarşı 8 iş icraya yönəldilmiş, onlardan 6 qərar icra edilmiş, 2 qərar icra edilməmişdir.
- Dövlət Vergi Xidməti və onun tabeliyində olan inzibati orqanlara qarşı 12 qərar icraya yönəldilərək icra olunmuşdur.
7.2. İnzibati orqanların xeyrinə icraya dair hesabat
Sumqayıt İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Avtomobil Yolları Agentliyinə qarşı pul tələblərinə dair iddialar üzrə 2022-ci ildə ümumilikdə 6 qərar icraya yönəldilmiş, onlardan 2 qərar icra edilmiş, 4 qərar icra edilməmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən icra edilməmiş 35 qərar
üzrə statistik təhlil:
8.1. İcra edilməmiş qərarların müddətlər üzrə diaqramı:
8.2 İcra edilməmiş qərarların ümumi diaqramması
8.3. İnzibati orqanlar üzrə icra edilməmiş qərarlar
8.4. Aylar üzrə icra edilməmiş qərarların diaqramı:
V Fəsil
9. Şirvan İnzibati Məhkəməsi üzrə məhkəmə qərarlarının icra vəziyyəti
2022-ci il ərzində inzibati mübahisələrə dair çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsi tərəfindən 223 iş üzrə məhkəmə aktının anket məlumatları Ali Məhkəməyə göndərilmişdir. Həmin anket məlumatlarından müəyyən edilir ki, icraya yönəldilmiş 223 məhkəmə qərarının hamısı inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrası ilə bağlı olmuşdur. Beləliklə, monitorinq dövründə inzibati məhkəmələr tərəfindən ümumilikdə 223 iş üzrə qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, onlardan 221 qərarın icrası cavabdeh inzibati orqanlar tərəfindən icra edilmiş, 2 qərar icra edilməmişdir.
- 1 iş üzrə qərar icra və probasiya şöbəsinə göndərilmiş və icrası təmin edilməmişdir.
Ümumilikdə 2022-ci il ərzində icraya yönəldilməklə icra edilməmiş 2 qərar qalmışdır.
9.1. Şirvan İnzibati Məhkəməsi üzrə icraya yönəlmiş qərarların kateqoriya üzrə cavabdeh inzibati orqanlara münasibətdə bölgüsü aşağıdakı kimi olmuşdur:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 103 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Daxili İşlər Nazirliyi və onun tabeliyində olan inzibati orqanlara qarşı 75 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Əmlak Məsələləri üzrə Dövlət Xidməti və onun tabeliyində olan orqanlara qarşı 9 qərar icraya yönəldilmiş, onlardan 8 qərar icra edilmiş, 1 qərar icra edilməmişdir.
- Yerli icra hakimiyyəti orqanlarına qarşı 4 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Ədliyyə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 20 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 1 qərar icraya yönəldilmiş və həmin qərar icra olunmuşdur.
- Müdafiə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 5 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Kənd Təsərrüfatı Nazirliyinə qarşı 1 qərar icraya yönəldilmiş və həmin qərar icra olunmuşdur.
- Dövlət komitələrinə (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı 2 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Bələdiyyələrə qarşı 1 qərar icraya yönəldilmiş və həmin qərar icra olunmamışdır.
- Dövlət Vergi Xidməti və onun tabeliyində olan inzibati orqanlara qarşı 2 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
VI Fəsil
10. Şəki İnzibati Məhkəməsi üzrə məhkəmə qərarlarının icra vəziyyəti
Şəki İnzibati Məhkəməsi tərəfindən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərlə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 513 qərar icraya yönəldilmiş, onlardan 490 qərar icra edilmiş, 23 qərar icra edilməmişdir.
İcra və probasiya şöbələri və onların tabeliyində olan orqanların üzərinə qoyulmuş öhdəliklərin icrası ilə bağlı iddialar üzrə 2022-ci ildə ümumilikdə 11 qərar icraya yönəldilmiş, onlardan 10 iş icra edilmiş, 1 işin icrası təmin edilməmişdir. Həmin iş üzrə yazılı xəbərdarlıq məktubu göndərilmiş, məhkəmə icra üçün yeni müddət müəyyən etmişdir.
10.1. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair hesabat:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun tabeliyində olan orqanlara qarşı 38 qərar icraya yönəldilmiş, onlardan 37 qərar icra edilmiş, 1 qərar icra edilməmişdir.
- Əmlak Məsələləri üzrə Dövlət Xidməti və onun tabeliyində olan orqanlara qarşı 137 qərar icraya yönəldilmiş, onlardan 128 qərar icra edilmiş, 9 qərar icra edilməmişdir.
- Ədliyyə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 25 qərar icraya yönəldilmiş, onlardan 24 qərar icra edilmiş, 1 qərar icra edilməmişdir.
- Daxili İşlər Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 286 qərar icraya yönəldilmiş, onlardan 282 qərar icra edilmiş, 4 qərar icra edilməmişdir.
- Yerli icra hakimiyyəti və onun tabeliyində olan orqanlara qarşı 4 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Fövqəladə Hallar Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 1 qərar icraya yönəldilmiş və həmin qərar icra olunmuşdur.
- Müdafiə Nazirliyi və onun tabeliyində olan orqanlara qarşı 3 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Yerli özünüidarəetmə (bələdiyyə) və onun tabeliyində olan orqanlara qarşı 2 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və onun tabeliyində olan orqanlara qarşı 4 qərar icraya yönəldilmiş və həmin qərarlar icra olunmuşdur.
- “Azərenerji” ASC və onun tabeliyində olan orqanlara qarşı 1 qərar icraya yönəldilmiş və həmin qərar icra olunmuşdur.
- Dövlət Vergi Xidməti və onun tabeliyində olan orqanlara qarşı 12 qərar icraya yönəldilmiş, onlardan 4 qərar icra edilmiş, 8 qərar icra edilməmişdir.
10.2. İcra edilməmiş qərarların müddətlər üzrə diaqramı:
10.3. İcra edilməmiş qərarların ümumi diaqramı:
10.4. İnzibati orqanlar üzrə icra edilməmiş qərarlar
11. Apellyasiya instansiyası məhkəmələri üzrə məhkəmə qərarlarının icra vəziyyəti
Apellyasiya instansiyası məhkəmələri üzrə yalnız Bakı Apellyasiya Məhkəməsi tərəfindən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrası ilə bağlı qəbul olunmuş 4 qərar icraya yönəldilmiş və həmin qərarlar icra edilmişdir.
12. MONİTORİNQİN NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Monitorinq zamanı anketlərin təhlili nəticəsində müəyyən edilmişdir ki, monitorinqin əhatə etdiyi dövr ərzində məhkəmələr tərəfindən inzibati mübahisələrə baxılarkən Ali Məhkəmə Plenumunun maddi və prosessual hüquq normalarının tətbiqi üzrə izahını nəzərdə tutan qərarının tələblərinə əsasən əməl olunmuş, hüququn tətbiqində dərin və uzunmüddətli fərqli yanaşmalar olmamış, qanunvericilik və Plenum qərarı vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin etmiş, sözügedən mexanizmlər məhkəmələr tərəfindən işlərə baxılarkən əsasən tətbiq edilmişdir. Beləliklə, İnzibati mübahisələrə baxılması nəticəsində çıxarılmış qərarların vaxtında və düzgün icrası təmin edilmiş, bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmağa, hüquq müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına əsasən nail olunmuşdur.
Ali Məhkəmənin
İnzibati Kollegiyasının sədri
Xəqani Məmmədov