ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ali Məhkəmədə şagirdlərlə görüş keçirilib

01.06.2023, 12:39

2023-cü il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi şagirdlər üçün öz qapılarını açıb.

Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbin şagirdləri Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Elşad Şamayev uşaqlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik və təcrübə barədə məlumatlar verib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.