2015-ci il sentyabrın 10-11-də Strasburqda “Ədliyyə islahatı üzrə regional dialoq” adlı layihənin regional rəhbər komitəsinin 1-ci iclası keçirilmişdir
10.09.2015, 12:352015-ci il sentyabrın 10-11-də Strasburqda Avropa Şurası və Avropa İttifaqının birgə layihəsi olan “Proqramlar üzrə əməkdaşlıq çərçivəsi” nəzdində “Ədliyyə islahatı üzrə regional dialoq” adlı layihənin regional rəhbər komitəsinin 1-ci iclasında Ali Məhkəmənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Mədətli iştirak etmişdir. O, Azərbaycan məhkəmə sistemində aparılan islahatlar mövzusunda çıxış etmişdir.
Tədbir zamanı növbəti iki il ərzində müzakirə olunacaq mövzular müəyyənləşdirilərək, müvafiq işçi qruplar yaradılmışdır.
Göstərilən platformalarda paylaş: