9-10 dekabr 2015-ci il tarixlərdə Gürcüstan Respublikası Tbilisi şəhərində “Ədliyyə islahatı üzrə regional dialoq” adlı layihənin İşçi Qrupunun “Elektron məhkəmə” mövzusunda iclası keçirilmişdir
09.12.2015, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fərid Mədətli 9-10 dekabr 2015-ci il tarixlərdə Gürcüstan Respublikası Tbilisi şəhərində keçirilən Avropa Şurası və Avropa İttifaqının birgə layihəsi olan “Proqramlar üzrə əməkdaşlıq çərçivəsi” nəzdində “Ədliyyə islahatı üzrə regional dialoq” adlı layihənin İşçi Qrupunun “Elektron məhkəmə” mövzusuna həsr olunmuş iclasında iştirak etmişdir.
İclasda texnologiyaların infrastrukturu və məhkəmə sistemində onların tətbiqi, həmçinin məhkəmə prosesində istifadə edilən informasiya komunikasiya texnologiyaları ilə bağlı məsələlər müzakirə edilmişdir.
İştirakçı ölkələrin nümayəndələri dəvət olunmuş ekspertlərlə birgə ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə elektron məhkəmənin tətbiqi yolları barəsində fikir mübadiləsi aparmışdılar.
Göstərilən platformalarda paylaş: