ADNSU-nun tələbələri “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar
04.12.2023, 17:212023-cü il dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.
Tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Tanışlıq çərçivəsində Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi Bəhman Qəribov tələbələrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.
Göstərilən platformalarda paylaş: