ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə Aparatının əməkdaşları Strasburqda tədris səfərində olublar

15.03.2023, 14:44

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ali Məhkəmənin və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti 2023-cü il 8-10 mart tarixində Fransa Respublikasının Strasburq şəhərinə səfər edib.

Avropa Şurasının təşkilatçılığı ilə baş tutan səfərin məqsədi  “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası”na dair seminarlarda iştirak etmək və təcrübə mübadiləsi aparmaq olub.

Səfər çərçivəsində nümayəndə heyəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarların İcrası Departamenti ekspertlərinin “İcra prosesinə ümumi baxış/qərarlara əməl etmək öhdəliyi”, “İstintaqın yenidən başlanılması”, “Məhkəmə icraatının yenidən başlanılması (ən yaxşı təcrübələr)”, “Fəaliyyət Planı və Fəaliyyət Hesabatı layihələrinin hazırlanması” haqqında məruzələrini dinləyib, onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin İnsan Hüquqları üzrə 1459-cu iclasında iştirak edib,  İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarların İcrası Departamentinin rəhbərləri ilə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynovla, elecə də məhkəmədə çalışan hüquqşünaslarla ikitərəfli görüşlər keçiriblər.