ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Slovakiya Respublikasına səfəri

29.05.2019, 12:35
Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Slovakiya Respublikasına səfəri
Ali Məhkəmə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Slovakiya Respublikasına səfəri

      Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2019-cu il may ayının 27-dən 29-dək Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin 9-cu Konfransında iştirak etmişdir.

      Konfransın keçirilməsində əsas məqsəd məhkəmə sədrləri üçün ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparmaq, məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli ilə bağlı təcrübələri paylaşmaq olmuşdur.

      Tədbirdə müasir mətbuat mühitində məhkəmələrin dəyərlərinin ictimaiyyət tərəfindən səmərəli şəkildə öyrənilməsi, vahid məhkəmə təcrübəsinin yaradılmasında Ali Məhkəmənin rolu, insan hüquqlarının təşviqində məhkəmələrin rolu, hakimlərin seçilməsi, effektiv intizam mexanizmləri, bütün mərhələlərdə dəqiq, əsaslandırılmış fikirlərin verilməsi mövzularında çıxışlar edilmişdir.

      Konfransın ikinci günü Ali Məhkəmənin sədri Ramiz Rzayev “Hakimlərin seçilməsi” mövzusunda çıxış etmişdir. Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə - hüquq islahatlarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, məhkəmələrin fəaliyyətinin hüquqi əsasları yaradılmış, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regiomlarda yeni məhkəmələr təşkil edilmiş, onların səlahiyyətləri genişləndirilmiş, sayı artırılmış, maddi təminatları yaxşılaşdırılmışdır. Bütün bunlar həm də hakimlərin şəffaf prosedurlar əsasında sekilməklə tərkibinin əsaslı şəkildə yeniləşməsinə nail olmaqla mümkün olmuşdur. Test üsulu ilə imtahan verən və bir neçə müsabiqə mərhələsindən keçərək hakim adını qazanan insanların əksəriyyəti gənclərdən ibarətdir. Hakimlərin ən şəffaf seçim prosedu bir sıra dövlətlərə nümunədir.

      Məhkəmə - hüquq islahatlarının həyata keçirilməsində Məhkəmə - Hüquq Şurasının rolunu önə çəkən Ali Məhkəmənin sədri qarşıya çıxan problemlərin aradan qaldırılmasında, görülən işlərin və həyata keçirilən tədbirlərin həcminin və miqyasının artırılmasında kollegiallıq ənənələrindən geniş istifadə edildiyini bildirmişdir.

      Ali Məhkəmənin sədri bir sıra ölkələrin Ali Məhkəmə sədrləri ilə görüşlərində və söhbətlərində Azərbaycanda məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb etmiş, bununla bağlı geniş söhbət aparmış, suallara cavab vermişdir. Faydalı fikir mübadiləsi zamanı Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilmişdir.