ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının iclasında "əsassız varlanma" mövzusu ətrafında müzakirələr aparılıb

24.06.2024, 11:50

Azərbaycan Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib.

İclasda Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, İnzibati Kollegiyanın sədri Xəqani Məmmədov, hakimlər və Elmi-məsləhət şurasının üzvləri: BDU-nun Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, professor Firuzə Abbasova, Ankara Universitetinin hüquq üzrə professoru Cavid Abdullazadə, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru Azər Əliyev, Fransanın Paris-Créteil Universitetinin hüquq üzrə professoru, Azərbaycan Arbitraj Assosiyasının sədri, Paris Vəkil Bürosunun üzvü Kəmalə Mehdiyeva, BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, mülki hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlı, ADA Universitetinin Hüquq fakültəsinin dekanı, professor Rəşad İbadov, Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyev, ADA Universitetinin Hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Azad Talıbov, ad-hoc üzv qismində isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva iştirak ediblər. 

Giriş nitqi ilə çıxış edən Sənan Hacıyev məhkəmələr tərəfindən işlərə baxılarkən əsassız varlanmaya aid hüquq normalarının tətbiqindəki mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması məqsədi ilə əsassız varlanmaya aid hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsinin vacibliyini vurğulayıb. 

Daha sonra müzakirəyə təqdim edilən suallar elan edilib. Həm mülki, həm də kommersiya işləri üzrə əsassız varlanma hesab edilən halların şərhi, etibarsız hesab edilən əqdlər üzrə əsassız varlanma tələbinin xüsusiyyətləri, əldə edilənləri qaytarma tələbini istisna edən halların şərhi və əsassız varlanma obyektini qaytarma tələbinə müddətin tətbiqi xüsusiyyətləri kimi suallara aydınlıq gətirilməsinin zəruriliyindən bəhs edilib.

Bundan sonra iclas iştirakçıları müzakirə mövzusu və təqdim edilmiş suallar ətrafında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma institutunu əhatə edən maddələrinin tətbiqi üzrə məhkəmə təcrübəsində mövcud olan yanaşmaların və mövcud yanaşmaya əks olan hüquqi mövqelərin əsaslarının diskussiyasını aparıblar. 

İclas çərçivəsində iştirakçılar Ali Məhkəmənin cari iş planına daxil edilmiş “Əsassız varlanma mübahisələri üzrə 2023-cü ildə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi” zamanı diqqət edilməli olan məqamlar barədə də öz fikirlərini səsləndiriblər. 

Yekunda müzakirələrin vahid məhkəmə təcrübəsinin formalaşmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.