Ali Məhkəmədə apellyasiya instansiyası məhkəmələrinin və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas keçirilib
26.06.2023, 12:422023-cü il mayın 26-da Azərbaycan Respublikasının Ali Məhkəməsində ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri və müvafiq məhkəmə kollegiyalarının sədrlərinin iştirakı ilə iclas keçirilib.
İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlər, Ali Məhkəmə ilə apellyasiya instansiyası məhkəmələri arasında əlaqələr, cari vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Qanunun aliliyinin təmin edilməsi, həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolundan bəhs edilib.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə keçən iclasda müəyyən təkliflər də səsləndirilib.
Göstərilən platformalarda paylaş: