ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə Astana Beynəlxalq Məhkəməsi və Arbitraj Mərkəzinin nümayəndə heyətilə görüş keçirilib

03.04.2023, 12:39

2023-cü il 3 aprel tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Astana Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsinin və Arbitraj Mərkəzinin rəhbəri cənab Kristofer Kempbell-Holtun başçılıq etdiyi nümayəndə heyəti ilə  görüşüb.

Ali Məhkəmənin sədr müavini qonaqları ölkəmizdə salamlamaqdan məmnunluq ifadə edərək ötən ilin noyabr ayında Astanada keçirilən görüşü xatırladaraq ikitərəfli görüşlərin Astana Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsi və Arbitraj Mərkəzi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi arasında əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə qonaqlara Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan  məhkəmə-hüquq islahatları, həmçinin ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən institusional və qanunvericilik sahəsində islahatlar - yaradılan ixtisaslaşdırılmış kommersiya məhkəmələri, mübahisələrin alternativ həlli üsullarından olan mediasiya institutu, eləcə də yaradılmaqda olan arbitraj institutu barədə məlumat verilib.

Azərbaycanda olmaqdan məmnun olduğunu bildirən Kristofer Kempbell-Holt rəhbərlik etdiyi təşkilat barədə məlumat verib.  Qeyd edib ki, Astana Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsi Qazaxıstan Respublikası məhkəmə sistemindən tamamilə müstəqil şəkildə fəaliyyət göstərən və ingilis hüququnun norma və prinsiplərinə əsaslanan anglo-sakson hüquq sistemini tətbiq edən məhkəmədir.

Görüşdə məhkəmələr, xüsusilə də Ali Məhkəmənin Aparatı üçün birgə təlimlərin keçirilməsi, məhkəmə işlərinin idarəedilməsi və informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dair müsbət təcrübənin bölüşdürülməsi istiqamətində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sonda qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar.