ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə Beynəlxalq Hakimlər İttifaqının Prezidenti ilə görüş keçirilib

05.09.2024, 18:48

2024-cü il sentyabrın 5-də ölkəmizdə səfərdə olan Beynəlxalq Hakimlər İttifaqının Prezidenti Duro Sessanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. 

Qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib. 

Beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə Beynəlxalq Hakimlər İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. 

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Duro Sessa ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.