Ali Məhkəmədə Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının rəhbərliyi ilə görüş keçirilib
06.09.2023, 19:012023-cü il sentyabrın 6-da ölkəmizdə səfərdə olan Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının Prezidenti, Almaniya Federal Notariat Palatasının beynəlxalq münasibətlər üzrə baş nümayəndəsi, fəxri notarius Riçard Bokun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib.
Qonaqları salamlayan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Nümayəndə heyətinin rəhbəri Riçard Bok isə öz növbəsində Beynəlxalq Notariat İttifaqının fəaliyyəti barədə məlumat verib, Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.
Göstərilən platformalarda paylaş: